Bu rayonda yeni məktəb binası tikiləcək – SƏRƏNCAM

Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binası sökülərək yenidən tikiləcək.  Azərbaycan Prezidenti İlham Əliyev “Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edib.  

Prezidentin ailəsində ÖZƏL GÜN – FOTOLAR

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür. Doğrusöztv.Az xəbər verir ki, ADA Universitetində təhsil alan Heydər Əliyevin 23 yaşı tamam olur. Məlumat üçün bildirək ki, prezident İlham Əliyevin oğlu Heydər Əliyev 2013-cü ildə 590 balla Azərbaycan Diplomatiya Akademiyasına qəbul olub. 1997-ci il təvəllüdlü Heydər Əliyev akademiyada beynəlxalq […]

Operativ Qərargah brifinq keçirəcək – Qərar gözlənilir

Bu gün saat 17:00-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək. Doğrusöztv.Az Unikal.org-a istinadən xəbər verir ki, brifinqdə koronavirus pandemiyası ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xəstəliyin  yayılma dinamikası, karantinin sərtləşdirilməsi və yumşaldılması ilə bağlı vacib məsələlər müzakirə olunacaq.

Azərbaycan diasporu vahid qüvvə kimi Azərbaycan ordusunun gücünə güc qatdı – Ekspert

Xaricdəki Azərbaycan diasporu son aksiyaları ilə sübut etdi ki, guya 200 ilə yaxın diasporçuluq tarixinə malik erməni diasporundan daha məqsədyönlü, təcrübəli və daha mütəşəkkil qüvvədir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan diasporu özünün bu xarakterik keyfiyyətlərinə […]

Ermənistanda orduya muzdlular cəlb edilir, Azərbaycanda isə minlərlə gənc könüllü olaraq ordu sıralarına yazılır – Ekspert

“Azərbaycan xalqı daim öz Prezidentinin, Ali Baş Komandanının, dövlətinin yanındadır və biz bu reallığı bir daha gördük”. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Balakən regional ASAN Mərkəzinin açılışındakı nitqini şərh edərkən deyib. Onun sözlərinə görə, dövlət başçısının Nazirlər […]

Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu

Milli Məclisin avqustun 5-də keçiriləcək iclasının gündəliyi məlum olub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş). 2. ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti […]

Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı (FOTO)

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatlarının verilməsi başa çatıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, aksiya respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edib. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və Əmək və […]

Boksçu bir zərbə ilə adam öldürdü

Rusiyanın Barnaul şəhərində boksçu Mixail Startsev və kikboksinq üzrə dünya çempionu Liliya Voroquşina əlil kişini əl ağacı ilə döyüb.  “Report”un məlumatına görə, davaya 40 yaşlı Pavel Roxlov adlı şəxs qarışıb. Roxlov kikboksçu qadını vurub. Startsev isə onun sifətinə güclü zərbə endirib. Nəticədə Roxlovun başı asfalta çırpılıb və o, yerindəcə keçinib.  […]

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib. Müdafiə Nazirliyindən “Doğrusöztv.Az“a verilən məlumata görə, plana əsasən tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş […]

Nazir müavini işdən çıxarıldı – YENİ TƏYİNAT (FOTO)

Kənd Təsərrüfatı naziri İnam Kərimovun müavini İlham Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Doğrusöztv.Az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, onun yerinə artıq yeni təyinat var. Belə ki, Nazirliyin Aparat rəhbəri Sərvan Cəfərov İnam Kərimova müavin təyin olunub.