Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub. Çox mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan […]
Bağçalı Azərbaycandan danışdı: “Bəziləri narahatdır!”
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı “Zəfər Günü” və “Bayraq Günü” münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə o, partiyasının iclasında danışıb. O, Vətən müharibəsində Azərbaycanın göstərdiyi əzm və qəhrəmanlığı yüksək qiymətləndirərək, Qarabağın işğaldan azad edilməsini tarixi qələbə adlandırıb və sülh prosesində atılan addımların müsbət nəticə verəcəyinə inandığını […]
Bakı-Qazax yolunda pambıqla dolu maşın aşıb – FOTO
Ucarda yük maşını aşıb. Hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib. Yevlax rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Hüseynovun idarə etdiyi pambıqla yüklənmiş “KamAZ” markalı yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə yolun bir hissəsi qismən bağlanıb. Avtomobillərin sərbəst hərəkətində çətinlik yaranıb. Sürücünün […]
Əl-Şaraa: Suriya İsraillə münasibətlərin normallaşdırılmasını müzakirə etmək niyyətində deyil
Suriya hakimiyyəti hazırda Dəməşqin İsrail ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim Sazişi”nə qoşulması barədə danışıqlar aparmaq niyyətində deyil. Bunu Suriya prezidenti Əhməd əl-Şaraa “Fox News”a müsahibəsində bildirib. “Suriyadakı vəziyyət “İbrahim Sazişi”nə qoşulan ölkələrdəki vəziyyətdən fərqlidir. Suriya 1967-ci ildən bəri Colan təpələrini işğal edən İsraillə həmsərhəddir. Hazırda birbaşa danışıqlara girmək niyyətində […]
Tramp: Müttəfiqlərimizin çoxu bizim dostumuz deyil
“Rəsmi olaraq ABŞ-ın müttəfiqi hesab edilən bir çox ölkə əslində Vaşinqtonun dostu deyil”. Bunu ABŞ prezidenti Donald Tramp “Fox News”a müsahibədə bildirib. “Müttəfiqlərimizin çoxu bizim dostumuz deyil. Onlar ticarət sahəsində Çindən də artıq dərəcədə bizdən faydalanıblar “, – o deyib.
BTQ üzrə Koordinasiya Şurasının Gürcüstan tərəfdən tərkibi yenilənib
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının Gürcüstan tərəfdən tərkibi yenilənib. Ölkənin Baş naziri İrakli Kobaxidze yeni tərkibin təsdiqlənməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Koordinasiya Şurasının həmsədri təyin olunub. Şuranın tərkibində iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, xarici işlər nazirinin müavini […]
İslam Həmrəyliyi Oyunlarında azərbaycanlı idmançı gümüş medal qazanıb
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma üzrə yarışlarda idmançımız Ravin Alməmmədov (79 kq) birdən qaldırma hərəkətində 155 kq nəticə ilə gümüş medal qazanıb. Ravin daha sonra təkanla qaldırmada da 190 kq çəkinin öhdəsindən gələrək bürünc medala yiyələnib. Beləliklə, ümumi nəticəyə əsasən, idmançımız 345 kq göstərici ilə […]
İmişlidə yol qəzası olub, ölən var
Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonundan keçən hissəsində qəza olub. Hadisə zamanı “Azsamand” markalı minik avtomobili aşıb. Qəza nəticəsində sərnişin Əbil Ədilli ölüb, sürücü isə yaralanıb. Faktla bağlı araşdırma aparılır.
Əddis-Əbəbədə Azərbaycan-Efiopiya biznes forumu keçiriləcək
Bu ilin 23-29 noyabr tarixlərində Azərbaycandan Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə biznes missiyanın təşkili planlaşdırılıb. “Report”un Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatına (AFAZ) istinadən verdiyi xəbərə görə, missiya çərçivəsində Azərbaycan-Efiopiya biznes forumu, B2B və B2G formatlarında görüşlər keçiriləcək, həmçinin sənaye parklarının və istehsal müəssisələrinin fəaliyyəti ilə tanışlıq planlaşdırılır. Bundan başqa, “MÜSİAD Ethiopia”, MESOB mərkəzində (“ASAN […]
Tarixin noyabr dərsləri: Hərbi paradın verdiyi mesajlar – ŞƏRH
Azərbaycanın Vətən müharibəsində Qələbəsinin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi parad hələ uzun müddət müzakirə olunacaq.Bu, təkcə bayram tədbiri və Azərbaycanın hərbi-siyasi gücünün nümayişi deyil, həm də ölkənin müstəqillik dövründə keçdiyi yola nəzər salmağa və gələcəklə bağlı qənaətlər yürütməyə imkan verən tarixi hadisədir. Noyabr, 1988-ci ilArtıq bir ilə yaxın idi ki, […]