Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Mətndə deyilir: “Hörmətli cənab Prezident. Nobel Sülh Mükafatına namizədliyimi irəli sürmək üçün Sizin və Baş nazir Paşinyanın birgə məktubunuza görə təşəkkür edirəm. Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm. Amerika […]
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin “2PointZero” şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, “International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin “International Resources Holding” şirkətinin baş icraçı direktoru Əli Alraşdini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat […]
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır
Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqaz regionunda legitimliyi, qanuniliyi və beynəlxalq hüququn üstünlüyünü təmin edib. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada keçirilən beynəlxalq forumda bildirib. “Biz ədalətli sülhə əsaslanaraq Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq. Sülh […]
Türkiyədə avtobus TIR-a çırpılıb, 7 nəfər ölüb, 11-i yaralanıb
Türkiyənin Osmaniye əyalətinin Bağce rayonu yaxınlığında sərnişin avtobusunun TIR-a çırpılması nəticəsində 7 nəfər ölüb, 11-i yaralanıb. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, İzmir-Qaziantep reysi ilə hərəkət edən sərnişin avtobusu təkəri partladığı üçün dayanan TIR-a arxadan çırpılıb.
Bazar günü temperatur enəcək, yağış yağacaq
Bakıda və Abşeron yarımadasında dekabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə […]
Naxçıvanın dövlət qurumlarının rəhbərləri dekabrda vətəndaş qəbulları keçirəcəklər
Naxçıvan Muxtar Respublikası (MR) dövlət qurumlarının rəhbərləri dekabr ayında vətəndaş qəbulları keçirəcəklər. Qəbullar bölgələrdə əhalinin müraciətlərinin yerində dinlənilməsi, mövcud problemlərin operativ həllinə nail olunması və dövlət-vətəndaş ünsiyyətinin daha səmərəli qurulması məqsədi daşıyır. Qəbul qrafikinə uyğun olaraq, rəhbər şəxslər ay boyunca Naxçıvan şəhəri ilə yanaşı, Babək, Şərur, Ordubad, Culfa, Kəngərli, Sədərək […]
Rusiyanın Ukraynanın Donetsk vilayətinə zərbələri nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb
Rusiya ordusunun son sutka ərzində Ukraynanın Donetsk vilayətinə hücumu nəticəsində iki nəfər ölüb. Bu barədə Ukrayna KİV Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Rusiyanın endirdiyi zərbələr nəticəsində daha üç nəfər yaralanıb.
Yol polisi əhaliyə xəbərdarlıq etdi
Sürücülərin yuxulu və ya yorğun vəziyyətdə yola çıxması ağır nəticəli qəzaların əsas səbəblərindən biridir.Bu barədə Baş Dövlət Yol Polisinin müraciətində deyilir. Qeyd olunur ki, nəqliyyat vasitələrinin yoldan çıxaraq aşması və yaxud yol kənarında yerləşən maneələrə çırpılması ilə nəticələnən hadisələrin təhlili bu qəza növünün əsas səbəblərindən birinin sürücülərin yorğun və yuxusuz […]
Emin Əmrullayev Gürcüstanda görüşlər keçirib
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın qabaqcıl ali təhsil müəssisələrindən olan Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinə səfər edib. Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində elm və təhsil naziri sözügedən universitetlərin laboratoriyaları və maddi-texniki bazası ilə yaxından tanış olub, eyni zamanda […]
Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.41 ABŞ dolları və ya 0.62% artaraq 66.95 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.54 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 […]