Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gecə saat 01 radələrində Binə qəsəbəsindən keçən yoldakı körpünün altında baş verib. “Nissan” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Opel” aşaraq alovlanıb. Nəticədə avtomobildə olan iki nəfər yanaraq ölüb. “Nissan”ın sürücüsü […]
Rasim Məmmədovun xanımı “Baku Steel Company”ni məhkəməyə verdi
Azərbaycanda ən bahalı özəl məktəblərdən sayılan Bakı Oksford Məktəbi (Baku Oxford School) “Baku Steel Company” şirkətini məhkəməyə verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məktəb “Baku Steel Company”nin vaxtilə Bakı Oksford Məktəbinə məxsus olan və məktəblilərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrini ələ keçirdiyini iddia edir. Nəqliyyat vasitələrinin dəyərinin külli miqdarda […]
Premyer Liqa: “Qarabağ” bu gün çempionluğu təmin edə bilər
Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun daha iki oyunu keçiriləcək. Matçlardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq. Günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Hazırda “qırmızı-qaralar” 48 xalla dördüncü, Tovuz klubu isə 35 xalla altıncı pillədə qərarlaşıb. İki komanda bunadək ölkə çempionatında üç dəfə üz-üzə […]
Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn olunacaq – FOTO
Mayın 12-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhərinin sakini olub. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, o bu gün Qəbələ şəhərində dəfn olunacaq. 2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.
Buraxılış imtahanlarının nəticələri açıqlandı – Bir nəfər 300 bal topladı
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2023/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola […]
“Xocəsən” metro stansiyası istiqaməti üzrə avtobuslar istifadəyə verildi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması, sıxlığın azaldılması, nəqliyyat infrastrukturunun səmərəli istifadəsi ilə bağlı tədbirlər çərçivəsində Ceyranbatan-“Xocəsən” metro stansiyası-Ceyranbatan, Masazır-“Xocəsən” metro stansiyası-Masazır müntəzəm avtobus marşrutlarını istifadəyə verib. Marşrutlar Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), […]
Qonşunun evini 58 min manata “satdı”, həbs edildi
Bakıda qonşusunun evini öz evi kimi təqdim edərək satışa çıxaran şəxsə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 1978-ci il təvəllüdlü İlqar Hacıyev Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq- xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib. Məlum olub ki, İlqar Sabunçu […]
Türkiyədə seçkilərə hazırlıq başa çatıb
“Türkiyədə parlament və prezident seçkilərinə hazırlıq başa çatıb”. Bunu Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener bildirib Onun sözlərinə görə, seçki məntəqələrində bütün təhlükəsizlik tədbirləri görülüb. TRT Haber
Prezidentdən Elçin Əfəndiyevlə bağlı SƏRƏNCAM
Elçin İlyas oğlu Əfəndiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. Qeyd edək ki, mayın 13-də Elçin Əfəndiyevin 80 yaşı tamam olur.
Şənbə günü şimşək çaxacaq, dolu düşəcək
Mayın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-18° […]