Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik

Bu gün biz Ermənistanla Azərbaycan arasında münasibətlərdə mühüm irəliləyiş əldə etmişik.Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ və Azərbaycan liderləri ilə birgə bəyanatla çıxış edərkən deyib. Onun sözlərinə görə, bu gün Ermənistanla Azərbaycan arasında daha yaxşı tarixin təməli qoyulur: “Bu dönüş nöqtəsi Prezident Trampın şəxsi iştirakı və onun regionumuzda […]

İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib

Azərbaycan Prezidenti İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Amerika lideri Donald Trampa minnətdarlığını bildirib.Bunu Azərbaycan Prezidenti Vaşinqtonda ABŞ və Ermənistan liderləri ilə görüşdə çıxışı zamanı deyib. “Uzun illər əvvəl Azərbaycana tətbiq edilən “907-ci düzəliş”in bu gün ləğv edilməsinə görə sizə təşəkkür edirəm. Bu gün həqiqətən Azərbaycan xalqının yaddaşına həkk olunacaq”, […]

İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi

Prezident Tramp və onun komandası olmasaydı biz uzunmüddətli danışıqlar prosesində qalardıq.Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla Vaşinqtonda birgə bəyanatlar zamanı deyib. “Bu gün tarixi gündür. Bu gün bir çox divarları rədd edəcək və rifaha yol açacaq. Tramp Qafqaza sülh gətirdi. Prezident […]

Aİ-də Media Aktı qüvvəyə minib

Avqustun 8-dən Avropa İttifaqında (Aİ) Avropa Media Azadlığı Aktı (EMFA) qüvvəyə minib. Avropa Komissiyasının bəyanatında bildirilir ki, EMFA media şirkətləri, jurnalistlər və vətəndaşlar üçün bir çox üstünlükləri təmin edəcək. Lakin bir çox ekspertlər hesab edirlər ki, bundan çox şey gözləmək lazım deyil, siyasətçilər də ayrı-ayrı ölkələrin hökumətləri tərəfindən onun icrasına […]

Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bəyan edib. Bu barədə Nazirliyin “X” hesabında yazılıb. “Azərbaycan Gürcüstan ilə yaxın tərəfdaşlıq və qonşuluq münasibətlərinə böyük əhəmiyyət verir”, – deyə bildirilib. Xatırladaq ki, 2008-ci il avqustun 8-də […]

Tarixi gün – Azərbaycan, Ermənistan və dünya tarixi sülh qərarının bir addımlığında – ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ştatlara tarixi səfəri davam edir. Amerikalı həmkarı Donald Trampın dəvəti ilə baş tutan işgüzar səfər dünyanın diqqət mərkəzindədir. Donald Trampın da xüsusi qeyd etdiyi kimi, “avqustun 8-i Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq” bəyanatının imzalarla təsdiqinə artıq saatlar qalıb. Artıq imzalanacaq sənədlərin […]

Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək

Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,  Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 32-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % […]

Novxanı qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Bu gün Abşeron rayonunun Novxanı qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində avqustun 8-də 35 kV-luq hava xəttində təmir və gücləndirmə işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 12:00-dan 14:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində […]