Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, hündürmərtəbəli yaşayış binalarının tikintisinin dayandırılması üçün plan hazırlanıb. “Məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var. Plana əsasən, ölkə ərazisində 9 mərtəbədən artıq binalar tikilməyəcək. Azərbaycan və Türkiyə seysmik […]
Laçın-Xankəndi yolundakı aksiyanın 80-ci GÜNÜ
Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının istismarının dayandırılması və orada manitorinqlərin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda təşkil etdiyi aksiya 80 gündür davam edir. Aksiya iştirakçıları ənənəyə sadiq qalaraq, bu səhəri də Dövlət Himinin səsləndirilməsi ilə açıb, milli ruhda mahnılar ifa ediblər. Aksiyanın məramı əvvəlki […]
Əli Kərimin həyat yoldaşı vəfat etdi
Şair Əli Kərimin ömür gün yoldaşı Elza Kərimova ötən gün 84 yaşında vəfat edib. Bu barədə kulis.az-a mərhumun nəvəsi Əli Kərim məlumat verib. Allah rəhmət eləsin.
Kamran Əliyev “Tərtər işi”ndən DANIŞDI: mənəviyyatsızlıqdır…
Çox təəssüflər olsun ki, bəzi şəxslər “Tərtər işi”ndən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər. Bunu Real TV-yə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib. “Bu işi gündəmdə saxlamaqla, bir növ özlərini gündəmdə saxlamağa cəhd edirlər. Bu yolverilməzdir. Hesab edirəm ki, insanların hissləri ilə manipulyasiya etmək özü bir mənəviyyatsızlıqdır”, – […]
Günün qoroskopu: Ruhi müvazinəti bərpa edin
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.Qoç – çətin və mühüm məsələlərin həlli üçün əlverişli gündür. Yaxınlarınız uğurlarınızı təqdir edir, sizə həyan durmağa çalışırlar. Çətin məsələləri asanlıqla həll edə bilərsiniz. Kiçik qələbələrlə kifayətlənməyin. Qarşınıza ciddi məqsədlər qoyun, hədəfə çatmağa çalışın. Belə olarsa, […]
Prezident Naxçıvan Ali Məhkəməsinə sədr TƏYİN ETDİ – FOTO
Səadət İnayət qızı Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Səadət Bəktaşi həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin olunub.
Ceyhun Bayramovdan Ermənistana ÇAĞIRIŞ
Ermənistan indi də görüşlərdən boyun qaçırır. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib. “Biz öz növbəmizdə real nəticəyə köklənmişik. Hal-hazırda, belə demək olarsa, onlayn danışıqlarla davam edirik və Sülh sazişi layihəsinə dair sənədlərin qarşı tərəfə göndərilməsi baş verir”. […]
Qadını təhqir edən sədr müavini İŞDƏN ÇIXARILDI
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Seymur Seyidov işdən çıxarılıb. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Seymur Seyidovun qadını təhqir etməsinə dair görüntülər yayılmışdı.
“Ermənistan sülh müqaviləsinin imzalanmasına mane olur” – Nazir
“Bu gün Cənubi Qafqaz regionundakı vəziyyət də müzakirə olunub və üçtərəfli razılaşmaların vacibliyi qeyd olunub”. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransında deyib. “Postmünaqişə dövrünə aid məsələlər müzakirə olundu və Ermənistanla sülh sazişinin imzalanması üçün görülən işlər barədə fikir mübadiləsi […]
“Bakıda olmaqdan məmnunam” – Lavrov
“Günəşli və qonaqpərvər Bakıda olmaqdan məmnunam”. Bunu Rusiya xarici işlər naziri Azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib. Rusiya XİN başçısı Bakıya səfərini təşkil etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Lavrov eyni zamanda dünən səfərinin birinci günü Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsinə görə […]