Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Kiyev şəhərindən son məlumatları çatdırıb. O bildirib ki, iki gündür ki, Kiyevdə həyəcan siqnallarının ardı-arası kəsilmir. “Nəticə etibarı ilə heç bir partlayış və hücum müşahidə edilməsə də, son iki gündə gecələr hər iki saatdan bir, gündüzlər isə […]
Şəhriyar Məmmədyarov yeni yarışa başlayır
Bu gün Norveçin Stavanger şəhərində “Norway Chess” çərçivəsində blits turniri keçiriləcək. Yarışda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da mübarizə aparacaqlar. Onların rəqibləri yerli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və […]
Bakıda 20 ton un aparan TIR yandı
Bakı şəhərinin Qaradağ rayonunda “Renault” markalı yük avtomobilinin kabinəsi və ön təkərləri yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi və yük yerinə yığılan 20 ton un yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Neft bahalaşdı
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 0,56% artaraq, 1 barelə görə 116,21 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,64% artaraq, 115,81 dollar təşkil edib.
“Dünya türkün gücünü görsün və yerini bilsin” – Səlçuk Bayraktar
“”Teknofest” müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı düstur edən bir ruhdur”. Bunu Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar mayın 28-də “Teknofest” festivalında çıxışı zamanı deyib. O qeyd edib ki, bu festival yüksək texnologiyanı bütün cəmiyyətlə birlikdə inkişaf etdirmə səfərbərliyidir. “Dünya türkün gücünü görsün və yerini bilsin. Bundan sonra üzərimizə […]
“Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm” – Türkiyə prezidenti
“Şəhidimiz Xudayarın (Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə nəzərdə tutulur – “Report”) türkü söylədiyi diyarlara, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgimi göndərirəm”. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib. “Əzəli qardaşlığımızı Allah daimi eləsin. Diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd […]
“Bu bizim ən əziz bayramımızdır” – Ali baş komandan
“Bildiyiniz kimi, bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür. Bizim ən əziz bayramımızdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib. “Və bu bayramı iki qat bayram edən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bizimlə bərabər olmasıdır”, – dövlət başçısı qeyd edib.
“Sizinlə birlikdə olmaqdan məmnunam” – Ərdoğan
“Əziz qardaşım, dəyərli qonaqlar sizi salamlayıram. Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam”. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib. “Müstəqillik gününüzü ürəkdən təbrik edirəm. Qəhrəmanlarımızı rəhmət və hörmətlə anıram. Allah onların ruhlarını şad, məkanlarını cənnət eləsin”, – o […]
“Türkiyə-Azərbaycan qardaşlığı dünya üçün çox önəmli faktordur” – Prezident
“Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bölgə üçün, dünya üçün də çox önəmli faktordur. Təhlükəsizlik, güvən, sabitlik faktorudur”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib. “Nə qədər Türkiyə-Azərbaycan bir yerdə inamla addımlasa, o qədər bölgəmizdə sülh və barış möhkəm olacaq. Bunu biz və […]
“Qardaşlıq dəstəyini hər zaman hiss etmişik” – İlham Əliyev
“Bu gün Azərbaycanda bayram günüdür. Müstəqillik günüdür. Ən əziz bayramdır. Əziz qardaşımın bizimlə bərabər olması ikiqat bayramdır. Bütün qonaqları səmimiyyətlə salamlayıram”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib. Dövlət başçısı xatırladıb ki, 104 il əvvəl müsəlman aləmində ilk Xalq Cumhurrəyit quruldu və iki ildən sonra […]