XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonundakı “Ana harayı” abidəsi ziyarət olunur. Doğrusöztv.Az-ın məlumatına görə, budəfəki anım mərasimində fərqli hisslər yaşanır. 44 günlük Vətən müharibəsinin böyük qələbə ilə başa çatması, Qarabağın işğaldan azad olunması nəticəsində şəhidlərimizin, eləcə də Xocalı soyqırımı […]
Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin növbəti görüşünün vaxtı açıqlanıb
Qarabağla bağlı üçtərəfli bəyanatda nəzərdə tutulan Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin növbəti görüşü fevralın 27-də Moskvada keçiriləcək. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib. O əlavə edib ki, Ermənistandakı hadisələrə baxmayaraq, rəsmi Yerevan da görüşdə iştirak edəcəyini təsdiqləyib.
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
Biz Pandemiyanın lap əvvəlindən vəziyyəti nəzarətdə saxlayırıq. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlər kifayət qədər səmərəli olub. Bizdə yoluxmanın səviyyəsi kifayət qədər aşağıdır. Koronavirusa yoluxmuş insanların sayı hazırda 200 mindən bir qədər çoxdur. Bugünkü vəziyyətə görə, aktiv xəstələrin sayı 2 mindən bir qədər artıqdır. Bizim xəstəxanalarda boş yerlər […]
Vaşinqtonun küçələrində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası başlayıb (FOTO)
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerika-Azərbaycan Cəmiyyətləri Konqresinin (Congress of Azerbaijani Societies of America – CASA) təşkilatçılığı və dəstəyi ilə şəhərin müxtəlif yerlərində Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə “Xocalı azərbaycanlı mülki əhalinin ən böyük qətliamı olmuşdur” (Khojaly was the largest massacre of Azerbaijani civilians) lövhələri asılıb. Doğrusöztv.Az-ın məlumatına görə, 25 və […]
Paşinyanın “lift diplomatiyası” – O, Düşənbədə Azərbaycan Prezidentinə nə barədə söz veribmiş? (VİDEO)
Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın naş naziri Nikol Paşinyanla birbaşa təmasının olub-olmamasına aydınlıq gətirib. Dövlət başçısı bildirib: “Mənim Paşinyanla təmaslarım o zaman başa çatdı ki, o, təxribatçı bəyanatlar verdi. Bu gün Ermənistanda Paşinyanı “Lift diplomqatiyası” aparmaqda ittiham edirlər. Çox gülünc bir vəziyyətdir. Biz 2019-cu ildə Bişkekdə […]
Xocalı faciəsinin ildönümü ilk dəfədir ki, başıuca formada qeyd olunur – Alim
26 fevral tarixi – Xocalı faciəsinin növbəti ildönümü ilk dəfədir ki, boynubükük deyil, başıuca formada qeyd olunur. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev deyib. Onun sözlərinə görə, bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan […]
Prezident İlham Əliyev: Təklif edirəm ki, “Dağlıq Qarabağ”da suaxili dilini “rəsmi dövlət dili” elan etsinlər (VİDEO)
Təklif edirəm ki, “Dağlıq Qarabağ”da suaxili dilini “rəsmi dövlət dili” elan etsinlər. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi başa çatıb, Azərbaycan bu məsələni həll etdi
Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. Dövlət başçısı bildirib: “Azərbaycan bu münaqişənin bir tərəfi idi. 30 il olan danışıq nəticə vermədi. Son 2 il ərzində danışıqlar aparılmırdı. Azərbaycan bu məsələni […]
Prezident İlham Əliyev: Statusun ünvanını göstərmişəm, status haradadır, onu hər kəs bilir (VİDEO)
Mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Status haradadır, onu hər kəs bilir. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. Dövlət başçısı bildirib: “Qarabağ aranı ilə, dağı ilə Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni əhali yaşayır”.
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanında və “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 15 oktyabr tarixli 774 nömrəli Sərəncamında dəyişiklik edilməsi […]