Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Bu barədə “Haber Global” məlumat yayıb.
İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq – SƏRƏNCAM
“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” hazırlanacaq.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət […]
İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın Baş naziri Andrey Plenkoviçə təbrik məktubu göndərib.Məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Xorvatiya arasında xoş ənənələr üzərində qurulan əlaqələrin möhkəmlənməsi və yeni […]
Fəxrəddin Altun: Azərbaycan mətbuatı xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olub
Azərbaycan mətbuatı 150 illik tarixi ilə yalnız xəbər çatdırmaqla kifayətlənməyib, eyni zamanda xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olub.Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun mayın 30-da Naxçıvanda keçirilən “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025″ə videomüraciəti zamanı deyib. O, həqiqətin çatdırılmasını özünə […]
Bu universitetdə yay imtahanlarının vaxtı açıqlandı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.İclasda 2024-2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr barədə təqdimat olub. Bildirilib ki, yaz semestrinin imtahan sessiyası 2 iyun – 4 iyul 2025-ci il tarixləri aralığında keçiriləcək. Sessiyada 9344 bakalavr, 585 nəfər magistrant olmaqla ümumilikdə 10 min […]
Milli Məclisin iclası başladı – Gündəlikdə 10 məsələ var
Milli Məclisin yaz sessiyasının son plenar iclası keçirilir. İclasın gündəliyinə 10 məsələ daxil edilib. İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır: 1.Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı. 2. “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə […]
Dəmir yolundan oğurluq edənlər saxlanılıb
Dəmir yolundan oğurluq edənlər saxlanılıb. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə Biləcəri qəsəbəsi Güzdək dəmir yolu stansiyası ərazisindən 71 rels altlığının və digər materialların oğurlanması barədə məlumat daxil olub. Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı X.İbadullayev və 30 yaşlı N.Dəmirov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dolları, yaxud 0,93 % azalaraq 67,15 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 64,70 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
İlham Mirzəliyev Saatlıda vətəndaşları qəbul edəcək
“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Saatlı rayonunda Saatlı, İmişli və Sabirabad sakinləri üçün vətəndaş qəbulu keçirəcək. Qəbul iyunun 20-da saat 10:00-da baş tutacaq. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək. Qəbul Saatlı rayonu, Gənclər mərkəzində keçiriləcək.
Ağsuda avtomobil aşıb, ölən var
Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Bir neçə gün əvvəl 1992-ci il təvəllüdlü Abdullayev Radim Əlbaba oğlu idarə etdiyi “Mercedes Benz E220 minik” markalı avtomobili ilə hərəkət edərkən avtomobilin idarəetməsini itirməsinə görə yoldan çıxaraq aşıb. Sürücü R.Abdullayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində Ağsu Rayon mərkəzi xəstəxanasında ötən gün ölüb. […]