İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib

İran Silahlı Qüvvələrinin yeni rəhbəri general-mayor Əmir Hatəmi bəyan edib ki, ölkəyə endirilən zərbələrə görə ABŞ-yə qətiyyətli cavab veriləcək. Bu barədə “The Times of Israel” İran mediasına istinadən bildirib. O qeyd edib ki, İran əvvəllər də “qətiyyətli cavab” verib və bundan sonra da müqavimət göstərməyə davam edəcək.

İsrail Kirmanşahdakı hərbi hədəflərə zərbələr endirir

İsrail Hərbi Hava Qüvvələri İranın qərb hissəsində yerləşən Kirmanşahdakı hərbi obyektlərə zərbələr endirməyə başlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “Hazırda İsrail Hərbi Hava Qüvvələri Kirmanşahdakı hərbi infrastruktur obyektlərinə zərbələr endirir”, – məlumatda bildirilib.

İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb – YENİLƏNİB

İsmayıllı rayonunda bir müddət əvvəl oğlu tərəfindən bıçaqlanan Bəhlul Əzizov xəstəxanada vəfat edib. APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə zamanı oğul atasının boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmişdi. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. *** İsmayıllıda oğul atasını bıçaqlayıb. Hadisə rayonun Talıstan kəndində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü […]

Bakının bəzi yollarında tıxac yaranıb – SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” […]

Bir qrup dövlət qulluqçusu təltif edilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamla dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni iləƏliyev Niyaz Novruz oğlu Səlimov Rauf Ağaməmməd oğlu “Tərəqqi” medalı iləAbbasova Yeganə İzzət qızı Abdullayev Dəyanət Qurbanəli oğlu Baxşəliyeva Validə Hüseyn qızı Əliyev Gülağa Əlisa […]

Bu dövlət qurumuna işə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23 iyun 2025-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbul ilə bağlı müsabiqənin test imtahanı keçiriləcək. İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat 2025-ci […]

Azərbaycanın vaxtilə Ermənistanın işğal etdiyi ərazilərində qanunsuz məskunlaşma aparılması məhkəmədə sübut olunub

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparılması sübut olunub. Qondarma rejimin “rəhbəri olmuş” təqsirləndirilən şəxs Bako Sahakyan prokurorun suallarına cavabında Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinə əsasən Suriya və Livan vətəndaşlarının, habelə digər ölkələrdən bəzi vətəndaşların gətirilərək […]

İran rəsmisi: Raket çatışmazlığımız yoxdur, bu, sadəcə taktika dəyişikliyidir

İranın İsrailə zərbə endirmək üçün raket çatışmazlığı yoxdur. Bu barədə İranın yüksək rütbəli rəsmisi CNN-ə bildirib. Mənbə qeyd edib ki, İran İsrailə raket atılması strategiyasını dəyişərək, zərbələrin sayını deyil, keyfiyyətini əsas götürür. İndi çoxsaylı raket buraxılışları əvəzinə İsraildəki kritik hərbi və güc hədəflərinə qarşı müasir yüksək dəqiqlikli raketlərdən istifadə olunur.

Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri birinci oxunuşda qəbul edib

Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsini ilk oxunuşda qəbul edib. Bununla bağlı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni […]