Mövlud Çavuşoğlu: Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik

12 iyulda Ermənistan qardaş Azərbaycan torpaqlarına hücum edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib: “O gün nə demişdiksə, bu gün də bunu deyirik. Qardaş Azərbaycan yalnız deyil, bütün imkanlarımızla qardaş Azərbaycanın […]

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirilib (FOTO) (YENİLƏNİB)

Ankarada Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşüblər. Görüşdə ikitərəfli əməkdaşlığın gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir

Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Türkiyə ilə münasibətlərin daha da genişlənməsi, dərinləşməsi Azərbaycan siyasətinin əsas istiqamətlərindəndir: “Qardaş Türkiyə hər zaman Azərbaycanın […]

İlham Əliyev AzTV-yə müsahibə verdi

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib. Doğrusöztv.Az Unikal.org -a istinadən  xəbər verir ki, müsahibənin bu gün yayımlanacağı gözlənilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Bu dayaq bloku SOCAR-ın […]

Əfqan Nağıyev ev dustaqlığına buraxılıb – Rəsmi

Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər. Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat […]

Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib. Doğrusöztv.AZ Trend-ə istinadən bildirir ki, dövlətimizin başçısı A.Lukaşenkonu prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Belarus xalqının firavanlığı və ölkənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə […]

Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı […]

Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı müəyyənləşdirilib

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 iyun tarixli 90 nömrəli qərarında dəyişiklik edilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı […]

BNA Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili ilə bağlı təklif hazırlayıb

Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə sistemli işlər görülür. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtlar koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, pandemiya zamanı hökumətin diqqətdə saxladığı əsas məsələlərdən biri də Bakı şəhərində əhalinin, xüsusi ilə həyati vacib sahədə çalışanların […]

Arzu Nağıyev: Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir (FOTO)

Belarusda keçirilən prezident seçkilərində səsvermə seçki qanunvericiliyinə uyğun şəkildə gedir. Seçicilərin səsvermə hüququndan sərbəst şəkildə istifadə etmələri üçün lazımi şərait yaradılıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri Belarusda prezident seçkilərini Azərbaycan nümayəndə heyətinin tərkibində izləyən Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib. A.Nağıyev bildirib ki, müşahidə apardığı məntəqələrdə təşkilatçılıq yüksək […]