Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 5-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Məlumata əsasən, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb. Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib. Görüşdə […]
“Polis haqqında” Qanuna dəyişiklik edildi
Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək üçün polisin fəaliyyətinin maliyyələşdirilməsi mənbələri artırılıb. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Polis haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər müvafiq icra hakimiyyəti orqanının müəyyən […]
Türkiyə Ordusuna yeni Baş Qərargah rəisi təyin olunub
Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, onun yerinə Quru Qoşunları Komandanı Selçuk Bayraktaroğlu təyin olunub. Həmçinin Birinci Ordu Komandanı Metin Tokel isə Quru Qoşunları Komandanı vəzifəsinə təyinat alıb.
Peskov: Rusiya lazım gəldikdə müvafiq addımlar atmaq hüququna malikdir
Rusiya daha orta və qısa mənzilli raketlərin yerləşdirilməsi məsələlərində heç nə ilə məhdudlaşdırılmayıb. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Onun sözlərinə görə, Rusiya lazım gəldikdə müvafiq tədbirlər görmək hüququna malikdir. “Rusiyanın artıq bu məsələdə heç bir məhdudiyyəti yoxdur. Ölkə artıq özünü nə iləsə məhdudlaşdırılmış hesab etmir. […]
Mikayıl Cabbarov: “ABŞ ilə əməkdaşlığın inkişafı üçün böyük perspektiv var”
Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlonla görüşümüzdə bu potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirdik, qarşılıqlı maraqlar çərçivəsində həyata […]
Özbəkistan Prezidenti: Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir
Bu gün Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir, ticarət, nəqliyyat, “yaşıl enerji” sahəsində layihələr həyata keçirilir. Bunu Prezident Şavkat Mirziyoyev Türkmənistanda Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məşvərət görüşünün hazırlanması və keçirilməsi məsələlərinə həsr olunmuş xüsusi tədbirdə bildirib. İştirakçılar Daşkənddə keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşünə hazırlıq məsələlərini müzakirə […]
Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq – PROQNOZ
Azərbaycanda avqustun 6-da bəzi yerlərdə 40, bəzilərində 41 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 26-30, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı […]
Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb
Xocalı rayonunun Xanyurdu kəndi ərazisində avqustun 4-də yanğın hadisəsi törədən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb. […]
Əli Əsədov Mərkəzi Asiya ölkələri dövlət başçılarının məşvərət görüşünə hazırlıq iclasında iştirak edib
Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonasında Mərkəzi Asiya ölkələri dövlət başçılarının 7-ci məşvərət görüşünə hazırlıq iclası keçirilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, toplantıda Azərbaycanı Baş naziri Əli Əsədov təmsil edib.
Sahibə Qafarova Türkmənistan Məclisinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb. Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, D.Qulmanova Milli Məclisin sədrini salamlayaraq BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda […]