Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq

Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq. Doğrusöztv.Az-ın məlumatına görə, bunu aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlət başçısı bildirib: “Əsas infrastruktur layihələrinə start verildi. Bu haqda mən dəfələrlə Azərbaycan ictimaiyyətini məlumatlandırmışam. Azad edilmiş ərazinin elektrik təchizatı hesab edirəm ki, bu ilin sonuna […]

Prezident İlham Əliyev: Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük

Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük. Doğrusöztv.Az-ın məlumatına görə, bunu aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlət başçısı bildirib: “Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Bütün ölkə üzrə böyük işlər görülmüşdür. Hacıqabulda […]

Prezident İlham Əliyev Hacıqabul rayonuna səfər edib (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfər edib. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev Hacıqabulda “Qarasu” yarımstansiyasının istismara verilməsi tədbirində iştirak edib

Aprelin 20-də Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası istismara verilib. Doğrusöztv.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verdi.

Prezident İlham Əliyev Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib

Aprelin 20-də Hacıqabulda “Azersun Şamaxı Aqropark”ın açılışı olub. Doğrusöztv.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, müəssisə 2 hissədən – əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır. Aqroparka məxsus 4200 hektar əkin sahəsində […]

Suraxanıda vəzifəli şəxs işdən çıxarıldı – Xəyanətə görə…

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının prezidenti Rövşən Quliyev qurumun vitse-prezidenti Elmar Hüseynovu xəyanətdə ittiham edərək vəzifəsindən azad edib. Bu barədə Unikal.org-a açıqlama verən R.Quliyev bildirib ki, çıxarılan E.Hüseynovun yerinə hələ ki, təyinat yoxdur. Qeyd edək ki, Elmar Hüseynov Suraxanı Rayonu İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiridir.

Altı ay komada qalan daha bir hərbçimiz şəhid oldu – FOTO

Vətən müharibəsində yaralanan daha bir hərbçimiz şəhidlik zirvəsinə ucalıb. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Əbilov Nurlan Fərrux oğlu 190 gün komada qaldıqdan sonra bu gün səhər saatlarında vəfat edib. Qeyd edək ki, Əbilov Nurlan Vətən müharibəsi başlayan zaman ordu sıralarına könüllü olaraq qoşulub. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə […]

İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib. Doğrusöztv.az xəbər verir ki, Dövlətimizin başçısı, həmçinin məsafədən idarə olunan SCADA Dispetçer sistemi vasitəsilə 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyasının yenidənqurmadan sonra açılışını edib.

Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır

Rusiya 2025-ci ildən Beynəlxalq Kosmik Stansiya layihəsindən çıxacaq. Doğrusöztv.Az Milli.Az -a istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib. Onun sözlərinə görə, Rusiya yeni milli orbital stansiya layihəsinə başlayır: “Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır. Beynəlxalq Kosmik Stansiya ciddi şəkildə köhnəlib və hökumət xarici tərəfdaşlarla əvvəlcədən bu […]

Lənkəranda bacı bacını bıçaqladı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Doğrusöztv.Az Milli.Az -a istinadla xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsi 43 ünvanında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib. Hadisənin ailə münaqişəsi […]