Türkiyə Respublikasında komando kursunda iştirak edən hərbi qulluqçumuz kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən bədbəxt hadisə baş verib. Müdafiə Nazirliyindən verilən məlumata görə, ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyi həlak olan […]
Zakir Həsənov Moskvaya getdi
Noyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. İclas noyabrın 10-da keçiriləcək.
Rəsmi Bakı Şuşa ətrafındakı erməni təxribatı barədə məlumat yaydı
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) noyabrın 8-də Şuşa ətrafında baş verən erməni təxribatı barədə açıqlama yayıb. BiG.AZ-ın məlumatına əsasən, hadisə ilə bağlı XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib: “Ermənistan tərəfinin verdiyi açıqlamalarda qeyd olunur ki, bu şəxslər guya 8 noyabr tarixində Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər. […]
Şuşanın işğaldan azad olunmasından 1 il ötür
Bu gün – noyabrın 8-i Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür. 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib. Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Şuşa döyüşləri İkinci Qarabağ […]
Oljas Süleymenov İlham Əliyevi təbrik etdi
Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Prezident İlham Əliyevi təbrik edib. Unikal.org xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli İlham Heydər oğlu, Bu günlərdə Azərbaycanın dostları Azərbaycan xalqını Vətənin ərazi bütövlüyünü təbii sərhədlər daxilində öz gücünə bərpa etməsi münasibətilə təbrik edirlər. 8 Noyabr Azərbaycanın müasir tarixində ən […]
Şükür Həmidovun abidəsinin açılışı oldu – FOTOLAR
Bu gün Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şükür Həmidovun yaşadığı binanın girişində onun xatirəsinə həsr olunmuş abidənin açılış mərasimi oldu. Açılış mərasimində RİH-in başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, […]
Pensiyalarla bağlı ŞAD XƏBƏR
Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə noyabr ayına aid pensiyaların ödənişi həyata keçirilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan Dogrusoztv.az-a bildirilib. Həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək və ödəniş tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Pensiyalar, sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlər artırılacaq
Gələn il ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün vəsait ayrılıb. DOĞRUSÖZTV.AZ xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, bu istiqamətdə 2022-ci ilin dövlət büdcəsindən 1441, 3 milyon manat vəsait nəzərdə tutulub.
Nazir polkovnik-leytenanta yeni vəzifə verdi
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Nazirin əmrinə əsasən, polis polkovnik-leytenantı Elnur Məmmədov Ucar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib. Qeyd edək ki, bu təyinata qədər həmin vəzifəni polis mayoru İlham Kərimov […]
ŞAD XƏBƏR: Minimum əməkhaqqı artırılır
Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır. Doğrusöztv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub. Bundan əlavə, layihəyə əsasən ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılması da təklif edilir.