“Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev deyib. Onun sözlərinə görə, 400-dən artıq taksi sürücüsünə neqativ fəaliyyəti ilə bağlı cinayət və inzibati xəta tərkibi yaradan əməllərə bağlı cərimələr tətbiq […]
Bayram Səfərovun direktor qızı məktəbin ərazisini özəlləşdirdiyi üçün təhsil şöbəsinə ÇAĞIRILDI
Yeni Yasamal qəsəbəsinin Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülnar Qurbanova şagird və kollektivlər üçün dövlət vəsaiti hesabına tikilən idman kompleksini özəlləşdirərək adı açıqlanmayan fərdi sahibkara icarəyə verib. Futbol, voleybol və digər idman növləri üzrə fəaliyyət göstərən idman kompleksinin 1 saat üçün icarə haqqı 60 […]
Azərbaycanda bu gündən hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ
İyun ayının ilk günlərinə olan hava proqnozu açıqlanıb. BiG.AZ xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, iyunun 1-dən 4 -nə kimi yağıntılı olacaq:“Bəzi ərazilərdə leysan xarakterli yağışlar gözlənilir. Temperatur bu günə nisbətən aşağı düşəcək. Gözlənilən leysan xarakterli […]
Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlandı – YENİLƏNİB
Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlanıb. Bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasından bildirilib. Qeyd olunub ki, “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib. “Millət İttifaqı”ndan prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 47,81 faiz […]
İlham Əliyev Zirvə toplantısında iştirak üçün Mimi qəsrinə gəldi – FOTO
Azərbaycan Prezidenti İlham Əliyev Kişinyovda “Avropa siyasi birliyi”nin Zirvə toplantısında iştirak üçün Mimi qəsrinə gəlib. Moldova Prezidenti Maya Sandu İlham Əliyev qarşılayıb.
Zakir Həsənov separatçıların təxribatlarının qarşısının dərhal alınması barədə tapşırıq verdi – FOTO
2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanış başa çatıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iyunun 1-də Azərbaycan Ordusunun Təlim və […]
“Çörəyin, avtomobilin qiyməti qalxan kimi…” – Əli Məsimli
“Dünya elektron avtomobilə keçir. Azərbaycanda söhbət avtomobil yığmaqdan gedirsə, ən asan yığılan elektron avtomobillərdir”. Bunu Milli Məclisdə komitə iclasında deputat Əli Məsimli deyib. “Dünyanın hansı ölkəsinin adını çəkmək olar ki, o ölkəyə gətirilən avtomobildən alınan rüsumlar və s. üst-üstə yığılanda onun gömrük gəlirinin 3-də iki hissəsinə, bəzən hardasa 80-90 faizinə […]
Türkiyə parlamentinin yeni spikeri o ola bilər
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş ölkə parlamentinin yeni spikeri ola bilər. Dogrusoztv.az xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” qəzeti yayıb. Məlumata görə, seçkilərdən sonra “AK Parti”nin gündəliyində yeni nazirlər Kabineti və parlamentin spikerinin seçilməsi məsələləri var: “Parlamentin spikeri barədə məsələ artıq […]
Yeni cərimələr hazırlanır – 300 manatdan 4000-ə qədər
Nəqliyyat vasitəsi utilizasiya edilmiş şəxs yeni avtomobil alarkən ona güzəşt tətbiq etməyən satıcı cərimələnəcək. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə 4000 manat məbləğində […]
Bakıda şagirdlər arasında bıçaqlanma
Bakıda şagird şagirdi bıçaqlayıb. Sabunçu qəsəbəsində yerləşən məktəblərdən birinin 11-ci sinfində oxuyan 2006-cı il təvəllüdlü şagird Şəhidlər parkında 2007-ci il təvəllüdlü digər şagirdi bıçaqlayıb. Hadisə dünən axşam saat 21 radələrində qeydə alınıb. 16 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılaraq cərrahi əməliyyat olunub. Onun dindirilməsi hələ ki, mümkün olmayıb. Faktla bağlı […]