Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,08 ABŞ dolları, yaxud 0,12 % azalaraq 66,28 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 64,26 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
Azərbaycanın şahmat millisi bu gün dördüncü dəfə Avropa çempionu ola bilər
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu gün tarixində dördüncü dəfə Avropa çempionu ola bilər. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv Gürcüstanın Batumi şəhərində keçirilən qitə çempionatının IX turunda Serbiya ilə üz-üzə gələcək. Komanda 8 turdan sonra 13 xalla Ukrayna millisi ilə birgə liderliyi […]
Kürdəmirdə ailə münaqişəsi qanla bitib
Kürdəmirdə ailə münaqişəsi nəticəsində kişi həyat yoldaşını bıçaqlayıb. Hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində kənd sakini Nizami Hüseynov həyat yoldaşı Sara Hüseynovaya 10 bıçaq xəsarəti yetirib. Ağır bədən xəsarətləri alan yaralı dərhal ətrafdakı insanların köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata […]
TBMM sədri: Pakistan, Azərbaycan və Türkiyə bir millət, üç dövlətdir
Bu toplantı bir daha göstərdi ki, Pakistan, Azərbaycan və Türkiyə bir millət, üç dövlətdir. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslamabadda Türkiyə- Azərbaycan-Pakistan parlament sədrlərinin toplantısının bağlanış mərasimində deyib. O bildirib ki, bu təmaslar üçtərəfli əlaqələri daha da gücləndirir: “Bu təmaslar beynəlxalq arenada bir milət olaraq çıxış […]
Tramp Zelenskini Vaşinqtonda qəbul etməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini oktyabrın 17-də Vaşinqtonda qəbul etməyi planlaşdırır. Bu barədə “Financial Times” mənbələrə istinadən yazıb. Bundan əvvəl liderlər son iki gün ərzində iki dəfə telefon danışığı aparıb və Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, “Patriot” komplekslərinin və uzaqmənzilli silahların mümkün tədarükü, eləcə də enerji […]
“CIDC-2025” kibertəhlükəsizlik festivalı başa çatıb
Oktyabın 9-10-da “Bakı Konqres Mərkəzi” MMC-də “CIDC 2025” (“Critical Infrastructure Defence Challenge”) adlı beynəlxalq kibertəhlükəsizlik festivalı keçirilib. Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə keçirilib. İkinci dəfə keçirilən “CIDC-2025” tədbirinə ümumilikdə 2 245 ziyarətçi, 360 təlim iştirakçısı, 47 komanda və […]
Bakıda Azərbaycan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü olub
Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə rusiyalı həmkarı Aleksey Overçuk arasında görüş keçirilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 10%-dən çox artdığı qeyd edilib, bu müsbət dinamikanın cari ildə […]
Trampın Knessetdəki çıxışı zamanı təxribat törədilib
ABŞ Prezidenti Donald Trampın Knessetdəki (İsrail parlamenti) çıxışı zamanı təxribat törədilib. Knesset üzvləri Ayman Odeh və Ofer Kassif Trampın çıxışı zamanı “soyqırımı” yazısı olan plakat qaldırdıqları üçün zaldan çıxarılıblar. Ayman Odeh – fələstin-israil mənşəli deputat, Ofer Kassif isə kommunist “Hadaş” partiyasını təmsil edir, fraksiyada yeganə yəhudidir. “Bu çox təsirli idi”, […]
Prezident İlham Əliyev Misirdə Nikol Paşinyanla söhbətləşib – FOTO
Prezident İlham Əliyev Misirdə Ermənistan Baş naziri Nikol Paşinyanla söhbətləşib. Azərbaycan lideri Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində Nikol Paşinyanla söhbətləşib. Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün […]
Peskov: Putin-Tramp telefon danışığı ilə bağlı dəqiq razılaşma yoxdur
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı ilə bağlı dəqiq razılıq yoxdur, lakin bunu tez bir zamanda təşkil etmək olar. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, telefon danışığı ilə bağlı hələ ki dəqiq razılaşma olmadığını qeyd edib. “Belə razılıq olsa, danışıqlar baş tutacaq. […]