Ölkədə bəzi informasiya mənbələrinin açıqlanması yalnız yazılı razılıqla mümkün olacaq

Bəzi informasiya mənbələrinin açıqlanması yalnız yazılı razılıqla mümkün olacaq. Bununla bağlı Azərbaycanda yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək, “Media haqqında” qanuna dəyişiklik təklif edilir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti […]

Azərbaycanda çətin həyat şəraitindəki uşaqları aşkarlayacaq qurum müəyyənləşir

Çətin həyat şəraitindəki uşaqları aşkarlayacaq qurum müəyyən olunur. Bununla bağlı yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək “Sosial xidmət haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına […]

Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir

Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir. Bu məsələ yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsində əks olunub. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, hər bir uşaq doğulduqdan sonra onun doğumu Ailə Məcəlləsinə uyğun olaraq qeydiyyata alınır və o, “Azərbaycan Respublikasının […]

Anar Rzayev: “Bu il yeni metro stansiyası istifadəyə veriləcək”

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib. Onun sözlərinə görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat […]

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Azərbaycanın bir sıra bölgələrində əlverişsiz hava şərtləri yollarda sürüşmə ehtimalını artıra, hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Baş Dövlət Yol Polisi İdarəsi edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və piyadaları diqqətli və ehtiyatlı olmağa çağırıb. Bildirilib ki, hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, öndə hərəkət edən nəqliyyat vasitəsi […]

Qala qəsəbəsinin bəzi ərazilərində qaz olmayacaq

Xəzər rayonu, Qala qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. “Azəriqaz”dan verilən məlumata görə, Xəzər rayonu, Qala qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 28.01.2026-cı il saat 10:00-dan etibarən Stansiya Qala yaşayış massivinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

BİZİM TƏQVİM:28 yanvar tarixində baş vermiş mühüm hadisələr

1828-ci ilin bu günündə Çar Rusiyası Qacarlarla müharibənin (1826-1828) gedişində Cənubi Azərbaycanın Urmiya şəhərini işğal edib. Bunun ardınca general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları Ərdəbili də ələ keçiriblər. Fevralın 10-da İran Rusiya ilə təslimçi Türkmənçay sülh müqaviləsini imzalamağa məcbur olub.Bəs, yanvarın 28-də dünyada daha hansı hadisələr baş verib? 1. […]

UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la üz-üzə gələcək

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda İngiltərənin “Liverpul” klubu ilə üz-üzə gələcək. Qarşılaşma “Enfild” stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Xatırladaq ki, Mersisayd təmsilçisi hazırda 15 xalla 4-cü pillədə qərarlaşıb. “Qarabağ” 10 xalla 18-ci sıradadır.

Baş nazir: Uzun müddət antropogen təsirlərin davam etməsi nəticəsində Bakı Buxtasında çirklənmə dərinləşir

Uzun müddət antropogen təsirlərin davam etməsi nəticəsində Bakı Buxtasında (Dənizkənarı bulvarın) çirklənmə dərinləşir və onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına kəskin zərurət yaranıb. Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində keçirilən iclasda deyib. Baş nazir çıxışında Xəzər dənizinin Azərbaycanda mənsub bölməsindəki neft-qaz yataqlarında Sovetlər İttifaqından miras qalmış müxtəlif təyinatlı hidrotexniki qurğuların, ləğv […]