Aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib. Videokonfransda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi və Azərbaycan tərəfindən İqtisadiyyat naziri, Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycandan müdir Mikayıl Cabbarov iştirak ediblər.
“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 565; 2000, № 12, maddə 833; 2005, № 10, maddə 876; […]
Oqtay Şirəliyev onlayn müzakirəyə qoşuldu – FOTO
Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv ölkələrinin səhiyyə sektorlarının rəhbərləri COVİD-19 pandemiyası ilə mübarizə mövzusunda onlayn videokonfransda iştirak ediblər. Unikal.org xəbər verir ki, yerli vaxtla saat 15:00-da keçirilən onlayn-konfransda səhiyyə rəsmilərindən Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional […]
Ağalar Vəliyev: Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklər həm cari, həm də postkoronavirus dövründə sahibkarlıq subyektlərinin normal fəaliyyətinin təmin edilməsinə xidmət edir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 27-də keçirilən növbəti iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilib. Müzakirələrdə çıxış edən deputat Ağalar Vəliyev qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq sərancamı ilə təsdiq edilmiş tədbirlər planının icrasını təmin edilməsi məqsədi daşıyan qanun layihəsi mahiyyəti […]
“Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən […]
Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 km olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan […]
Litva tərəfinin təşəbbüsü ilə Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə İlham Əliyev videobağlantı formatında danışıblar
Aprelin 27-də Litva tərəfinin təşəbbüsü ilə Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında danışıblar. Litva Prezidenti Qitanas Nauseda Ramazan ayı münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi. Dövlət başçıları ikitərəfli münasibətlərə toxunaraq, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin […]
20 vəzifəli şəxs işdən çıxarılıb, beşinin maaşı azaldılıb (RƏSMİ)
Hesablama Palatasının auditləri nəticəsində 20 vəzifəli şəxs işdən çıxarılıb. Doğrusöztv.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında bildirilib. Həmçinin, 56 vəzifəli şəxsə töhmət verilib, 30-na xəbərdarlıq edilib. Hesabatda yazılıb ki, həyata keçirilən tədbirlər nəticəsində beş nəfərin vəzifə maaşı azaldılıb.
Koronavirusa görə bu şəxslərin məzuniyyət müddəti uzadıldı – SƏRƏNCAM
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb. AMEA-dan verilən məlumata görə, sərəncama əsasən, Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli Qərarına əsasən əməkhaqqı saxlanılmaqla AMEA əməkdaşlarının işə davamiyyəti aprelin 28-dən mayın 4-ü saat 00:00-dək təxirə […]
Nazirlikdən işini itirən aztəminatlı şəxslərlə bağlı AÇIQLAMA
İşsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı prosesi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Unikal.org-a bildiriblər ki, birdəfəlik ödəmə təyin edilən şəxsə qeydiyyata alınan zaman qeyd etdiyi telefon nömrəsinə bu barədə SMS göndərilir və o, […]