Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində “İcazə” blanklarının sifarişi prosesinin sadələşdirilməsi məqsədilə elektron xidmət istifadəyə verilib. “AYNA” informasiya sisteminin komponentlərindən olan “İcazə” blanklarının idarə edilməsi sistemi daşıyıcılara verilən […]
Nazir müavini qiymət artımından danışdı
“2022-ci ildə 13,9 faiz orta illik inflyasiya olub. Ötən dəfə ərzaq bazarındakı qiymət artımlarına toxunulmuşdu. Qeyri-ərzaq məhsulları bazarında da böyük dəyişikliklər olub. Bunun da əsas səbəblərindən biri Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarında yüksək ikirəqməli inflyasiyanın olmasıdır”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini […]
Ukrayna SQ Baxmut istiqamətində irəliləyir
Rus hərbçiləri Baxmut istiqamətində mövqelərini itirirlər. Bu barədə Ukraynanın Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski məlumat verib. “Ukrayna müdafiə qüvvələri Baxmut istiqamətində irəliləməyə davam edir, düşmən Baxmut yaxınlığında mövqelərini itirir”, – o, qeyd edib.
Qızıl və gümüşün qiyməti cüzi ucuzlaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (avqust müqavilələri üzrə) 0.12% azalaraq, 1,979.10 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyasının qiyməti (iyul müqavilələri üzrə) isə 0.17% azalaraq, 23.63 dollar təşkil edib.
Binanın dam örtüyü qopdu, avtomobillərin üstünə düşdü
Şəkidə külək binanın dam örtüyünü külək qoparıb. Hadisə gecə saatlarında Şəki şəhəri S.Rəhman küçəsində baş verib. Güclü külək həmin küçədə yerləşən binanın dam ortüyünü qoparıb və 5 avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.
Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ
Qeyri-sabit hava səbəbindən magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. İyunun 7-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-700 m-dək məhdudlaşacağı ehtimal olunur.
Vilayət Eyvazov 3 rayona rəis TƏYİN ETDİ
Bir neçə rayonun polis rəisləri dəyişdirilib. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik V.Eyvazovun imzaladığı əmrlərə əsasən, Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki R.Qədirov tutduğu vəzifədən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin rəisi, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki M.Hüseynov vəzifəsindən azad edilərək Goranboy Rayon Polis Şöbəsinin rəisi, Ağsu […]
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası iyunun 9-da keçiriləcək. Bu barədə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında məlumat verib.
İlham Əliyev nazirliyin yeni binasının açılışını etdi – FOTOLAR
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Son illərdə paytaxtda modern üslubda tikilən binalar sırasına daha biri əlavə olunub. Xətai rayonu, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir. […]
Azərbaycanda icra başçısının sabiq müavini həbs olundu
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub. Dogrusoztv.az report-a istinadən xəbər verir ki, rayonun Gərmətük qəsəbəsi ərazisində Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimov saxlanılıb. Onun içkili olduğu ehtimalına görə müvafiq yoxlamadan keçirilməsinin vacibliyi qeyd olunub. […]