Türkiyə istehsalı “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirilib. Doğrusöztv.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Twitter”də paylaşım edib. Qeyd edək ki, “Hürkuş” təlim təyyarəsi NATO-ya üzv ölkələrin ordularında da istifadə olunacaq.
Kəlbəcərin qızıl ehtiyatları ilə bağlı geoloji-axtarış işlərinə başlanılıb – Nazir
İşğaldan azad edilən Kəlbəcər rayonu ərazisində böyük qızıl ehtiyatlarına malik Tutxun təzahüründə artıq geoloji-axtarış işlərinə başlanılıb. Doğrusöztv.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev UNEC İqtisadi Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Zərqulu, Qızılitən, Qərbi Qızılitən və Qazıxanlı sahələri üzrə geoloji və geofiziki işlər davam etdirilir. […]
Biz Azərbaycanın və Ermənistanın gənc nəsillərinin gələcəkdə ümumi dil tapa bilməsi imkanlarını görürürük – Hikmət Hacıyev
Gələcəyə baxarkən biz Azərbaycanın və Ermənistanın gənc nəsillərinin ümumi dil tapa bilməsi imkanlarını görürürük. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib. Qeyd edək ki, ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə […]
Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırıb (FOTO)
Heydər Əliyev Fondu Bakı şəhərindəki Müqəddəs Məryəm katolik kilsəsində aparılan cari təmir-bərpa işlərini başa çatdırıb. Doğrusöztv.Az bildirir ki, Fonddan verilən məlumata görə, yüzlərlə katolikin ibadət etdiyi kilsədəki bərpa işləri zamanı hidroizolyasiya təmin olunmaqla dam örtüyü əsaslı təmir olunub. Qeyd edək ki, kilsə 1912-ci ildə inşa edilib. Bolşeviklər hakimiyyətə gəldikdən sonra […]
Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib (FOTO)
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib. Erol Özvar Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş etdi. Erol Özvar […]
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təbrik məktubu göndərib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu göndərib. Doğrusöztv.Az-ın məlumatına görə, məktubda deyilir: Birləşmiş Ərəb Əmirliklərinin müstəqilliyinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. İnanıram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb […]
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib – FOTO
Əliyev dekabrın 1-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki,görüşdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, postmünaqişə vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edilib. Məqaləyə dair fotomateriallar:
Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib
Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevə telefonla zəng edib. Doğrusöztv.Az bildirir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, telefon söhbəti zamanı Nursultan Nazarbayev helikopter qəzası nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib. Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını […]
Prezident İlham Əliyev Nursultan Nazarbayevə zəng edib
Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevə telefonla zəng edib. Doğrusöztv.Az bildirir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı 30 il bundan əvvəl Qazaxıstanın ilk Prezidenti seçilən Nursultan Nazarbayevi Qazaxıstan Respublikasının Birinci Prezidenti Günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı […]
Helikopter qəzasında şəhid olanlarla vida mərasimi başlayır (FOTO)
Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərlə vida mərasimi başlayır. Doğrusöztv.Az xəbər verir ki, mərasim Dövlət Sərhəd Xidmətninin Sərhədçi İdman Kompleksində keçirilir. Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində polkovnik Cavadov […]