Sabah bölgələr üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Azərbaycan Qazaxıstanı Rusiyanın “əsarətindən” xilas edir
azaxıstan Azərbaycandan 5 gəmi tankeri alacaq “Aprelin 10-da Prezident İlham Əliyevin Qazaxıstana səfəri həm iki ölkə, həm də Türk dünyası üçün çox böyük əhəmiyyət daşıyır. Səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla verdikləri mesajlar ölkələrimiz üçün önəmlidir”. Bunu Modern.az-a açıqlamasında qazaxıstanlı ekspert Amangəldi Kurmetuly bildirib. Onun sözlərinə görə, vaxtilə “Türk dünyası” deyəndə ancaq Türkiyə göz […]
Aksiyanın 123-cü günü – Tələblər dəyişməyib
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 123 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə […]
Sahibə Qafarova Rusiyada işgüzar səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxış edəcək. Milli Məclisdən verilən məlumata görə, parlament sədrinin iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Qeyd edək ki, Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Sankt-Peterburqa gəlib. Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında nümayəndə heyətini Sankt-Peterburq […]
G7-dən Rusiyaya qarşı yeni SANKSİYALAR
G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu barədə “Reuters” agentliyi yazıb. Bildirilir ki, G7 ölkələri sanksiyalardan yayınmağın qarşısını almaq üçün əlavə tədbirlər görəcək. “Biz sanksiyalardan və digər iqtisadi tədbirlərdən yayınmanın qarşısını almaq və onlara cavab vermək üçün kollektiv və milli səviyyədə intensiv işləyirik”, – deyə ABŞ Maliyyə Nazirliyi […]
“Türkiyə bu seçki ilə Qərbə mesaj verəcək” – Ərdoğan
“Qərb Ərdoğanın əleyhinə olduğunu deyir”. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan qatıldığı ortaq canlı yayım proqramında gündəmlə bağlı mühüm açıqlamalar verərkən deyib. “Mənim millətim bu oyunu mayın 14-də pozacaq. 14 May qırılma nöqtəsi olacaq. Türkiyə bu seçki ilə Qərbə mesaj verəcək”-deyə prezident bildirib.
İnam Kərimov bu vəzifəsindən getdi
İnam Kərimovun Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti kimi fəaliyyəti dayandırılıb. Bu qərar onun Ali Məhkəmənin hakimi və sədri təyin olunması ilə əlaqədar qəbul edilib. Qurumun Ümumi Yığıncağının növbəti Seçki Konfransında yeni prezident seçiləcək. Xatırladaq ki, İnam Kərimov ötən ilin fevralından bu vəzifədə çalışırdı.
Palata Anar Kərimovun dövründəki nöqsanları AŞKARLADI
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-2021-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqının ödənilməsinin satınalma proseduru olmadan xərc edildiyi müəyyən olunub. Bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. Bəzi hallarda ehtimal olunan qiymətin hesablanması zamanı mövcud potensialın tam diqqətə alınmaması, həmçinin bir sıra hallarda […]
Sabaha olan hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 20-25° isti olacaq. […]
Bu uşaqlar bağçadan xaric olunacaq
Qeydiyyatdan keçib gəlməyən uşaqların bağçadan xaric olunması prosedurunun işlənilməsi nəzərdə tutulur. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib. O bildirib ki, bunun üçün normativ sənədlərə düzəliş ediləcək: “Elə etməliyik ki, növbədə dayanan valideynlər uşaqlarını […]