Qardaşından xəbər ala bilmədi, evdən meyiti tapıldı

alfonsonri

Aprelin 14-nə keçən gecə saat 01 radələrində Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində 22 yaşlı oğlanın bağlı qapı arxasında qalması barədə FHN-ə məlumat daxil olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakıda polis serjantı kimi çalışan şəxs müraciətində qardaşı, 2001-ci il təvəllüdlü N.Musaxanlının zənglərə cavab vermədiyini bildirib. Dərhal xilasetmə xidmətinin əməkdaşları evə […]

“ABŞ Azərbaycan əsgərinə qarşı törədilmiş zorakılığa görə narahatdır” – Səfirlik

alfonsonri

“ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır”. Bu ABŞ-nin Azərbaycandakı səfirliyinin “facebook” hesabında paylaşım edilib. “Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq”, – deyə məlumatda qeyd olunub.

Tanınmış hakimin oğlu qəfil vəfat etdi

alfonsonri

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevə ağır itki üz verib. Dogrusoztv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış məhkəmə hakiminin oğlu, 1982-ci il təvəllüdlü Rəşadət Quliyev vəfat edib. Onun səhhətində yaranan qəfil problem səbəbindən dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, Əhməd Quliyev 1998-2000-ci illərdə Naxçıvanda ədliyyə nazirinin müavini olub. O, […]

Atletlərimiz sabah İrəvanda qüvvələrini sınayacaqlar

alfonsonri

Azərbaycan ağır atletlərinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub. Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, körpü üzərinə ilk olaraq Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı aprelin 15-də qüvvəsini sınayacaq. 67 kq çəkidə yarışacaq İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər […]

İspaniya həftədə dörd günlük iş planını sınaqdan keçirəcək

alfonsonri

İspaniya həftədə dörd iş günü planını sınaqdan keçirməkdə maraqlı olan kiçik və orta sənaye şirkətləri üçün 10,5 milyon dollardan çox vəsait ayırmağı planlaşdırır. Bu barədə İspaniya hökuməti dörd günlük sınaq proqramını elan edib və bu proqrama müraciət etməkdə maraqlı olan şirkətlər üçün şərtlərini açıqlayıb. Qeyd olunub ki, sınaq müddəti ən […]

MDB XİN başçıları Səmərqənddə toplaşırlar

alfonsonri

Bu gün Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası keçiriləcək. Bu barədə MDB İcraiyyə Komitəsinin saytında bildirilib. İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir. Görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı […]

Murovdağ tunelinin inşasından yeni GÖRÜNTÜLƏR

alfonsonri

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşasını sürətlə davam etdirir. Bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən […]

Tanınmış meyxanaçı “bomj” həyatı yaşayır – VİDEO

alfonsonri

Məşhur “Lotular” mahnısının ifaçısı Elşən Binəqədi küçədə yaşayır. Bu barədə Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib. 17 il həbsdə olan meyxanaçı artıq üç ildir ki, küçədə qalır. Elşən Binəqədinin sözlərinə görə, içki düşkünü olandan sonra həyatı dəyişməyə başlayıb. İndi isə plastik qablar, dəmir yığıb satmaqla çörəkpulu qazanır. O, […]

Laçın-Xankəndi yolundakı aksiyanın 124-cü GÜNÜ

alfonsonri

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 124 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu […]