Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub. Doğrusöztv.Az Unikal.org-a istinadən verdiyi məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil […]
Müəllim birinci sinif şagirdini döyüb öldürdü
Çinin Quanyuan şəhərində dəhşətli hadisə baş verib. Doğrusöztv.Az Unikal.org -a istinadən xəbər verir ki, Zanq adlı birinci sinif şagirdi riyaziyyat müəllimi tərəfindən döyülərək öldürülüb. Bildirilir ki, müəllim iki suala səhv cavab verən 10 yaşlı şagirdin başına və əllərinə dəfələrlə vurub. Məktəbdən evə gələn şagirdin halı pisləşib. Nənəsi onu xəstəxanaya çatdırsa […]
Tural Gəncəliyev: “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan televiziyalarına müsahibəsi zamanı Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı fikirləri, münaqişənin indiyə qədər həll olunmamasında qaranlıq məqalar axtaran bütün tərəflərin suallarına tutarlı cavabdır. Azərbaycan Prezidentinin bütün həqiqətləri söyləməsi rəsmi Bakının şəffaf və […]
Prezidentin səhifəsində Neftçilər günü ilə bağlı paylaşım – FOTO
Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib. Doğrusöztv.az-ın məlumatına görə, paylaşımda deyilir: “Neftçi peşəsi hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir, onların əməyi əsl qəhrəmanlıqdır. Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır”.
Yeni təyin olunan başçı baş memarı İŞDƏN ÇIXARDI
Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub. DOĞRUSÖZTV.AZ report-a istinadən xəbər verir ki, bununla bağlı Biləsuvar RİH-nin başçısı Faiq Qürbətov sərəncam imzalayıb. Sərəncamla Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Yaşar Əzimov işdən çıxarılıb. Hələlik onun yerinə təyinat olmayıb.
Pərviz Şahbazov: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrilib
26 il əvvəl imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanda və ümumən regionda yeni bir dövr başlandı. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Energetika naziri Pərviz Şahbazov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Əsrin müqaviləsi” və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfransda deyib. Nazir bildirib ki, bu, öz mahiyyətinə görə müstəqillik tariximizin ən mühüm […]
Özünüməşğulluq proqramına qoşulmuş aztəminatlı ailələr üçün kiçik təsərrüfatlar qurulur (FOTO)
Özünüməşğulluq proqramına cəlb edilmiş aztəminatlı ailələrə aktivlərin verilməsi prosesi sürətlə davam etdirilir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu gün Bakının bir neçə rayonunda proqram iştirakçıları üçün heyvandarlıq sahəsi üzrə kiçik təsərrüfatlar qurulub. Vətəndaşlara onlara təqdim ediləcək aktivləri seçmək imkanı da yaradılıb. 2020-ci ildə özünüməşğulluq proqramına cəlb edilən və xırdabuynuzlu heyvandarlıq […]
Əli Əhmədov: Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrinin sırasında “Əsrin müqaviləsi”nin xüsusi yeri var
Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrinin sırasında 1994-cü ilin 20 sentyabrında imazalanmış “Əsrin müqaviləsi”nin xüsusi yeri var. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Əsrin müqaviləsi” və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfransda deyib. Ə.Əhmədov bildirib […]
Prezidentin köməkçisi sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər edib (FOTO)
2020-ci ilin 18 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər. Doğrusöztv.Az Trend-ə istinadən […]
Ceyhun Bayramovla Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı arasında telefon danışığı olub
18 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Aİ Komissarı Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Tərəflər Aİ və […]