Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın 18 Oktyabr – Müstəqillik Gününü təbrik edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazirliyin Tvitter səhifəsində paylaşım edilib. Paylaşımda deyilir: “Əziz həmkarlar, qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! Tərəqqi və firavanlıq arzu edirik!”
Ad günün mübarək, Nigar, bağışla ki, qonşumuz qaniçən Ermənistandır – Hikmət Hacıyev
“Ad günün mübarək, Nigar. Bağışla ki, qonşumuz qaniçən Ermənistandır”. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb. “Dinc sakinlərin, uşaqların öldürülməsi Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir. Nigar doğum günündən bir gün əvvəl Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində […]
Ermənistan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd edib
Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri düşmənin […]
Ermənistan dövlət sərhədində də atəşkəsi pozub – MN
Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.
“Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri Prezident İlham Əliyevə məktub göndərib
“Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri Malik Ayyub Sumbaldan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, məktubda deyilir: Hörmətli cənab Prezident İlham Əliyev, “Azərbaycanın Dostları” Ermənistanın mülki insanları hədəfə alaraq Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə qarşı həyata keçirdiyi raket hücumunu və bunun nəticəsində günahsız […]
Gəncədə erməni terroru nəticəsində ölənlərin sayı 14-ə çatdı – İcra başçısı
Erməni silahlı birləşmələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölən mülki şəxslərin sayı 14 nəfərə çatıb. Doğrusöztv.Az bildirir ki, Trend-in Gəncədə olan müxbirinin verdiyi məlumata görə, bunu Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov deyib. O bildirib ki, hadisə nəticəsində 55 nəfər xəsarət alıb: “Faşist erməniər dinc sakinlərə […]
Gəncənin qisası alındı: Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib (VİDEO)
Cəbhənin müxtəlif istiqamətlərdə düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Trend bu barə Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Prezident İlham Əliyev: Füzuli şəhəri və rayonun bir neçə kəndi işğalçılardan azad edilib
Bu gün Füzuli rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğalçılardan azad edilib. Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Prezident İlham Əliyev xalqa müraciət edib (YENİLƏNİB) (FOTO)
Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Doğrusöztv.Az müraciəti təqdim edir. Prezident İlham Əliyevin müraciəti -Əziz həmvətənlər. Bu gün Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, […]
Birinci vitse-prezident Mehriban Əliyeva: Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir
Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində faşist Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edilib. Doğrusöztv.Az -ın məlumatına görə, paylaşımda deyilir: “Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən? Bu gecə Gəncəyə xaincəsinə […]