Bakıda iki icra başçısı subasma hadisəsi baş verən əraziyə gəliblər

Xəzər və Binəqədi rayon icra başçıları subasma hadisəsi baş verən əraziyə gəliblər. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Bununla əlaqədar bu gün Xəzər Rayon İcra Hakimiyyətinin […]

Sabah gündüzdən Bakıda yağıntılar tədricən kəsiləcək

Bakıda və Abşeron yarımadasında martın 29-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi istisna olunmur. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq […]

DTX Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü ilə bağlı videopaylaşım edib

Xəbər verdiyimiz kimi, Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü tamam olur. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın […]

Uçqun olub, Quba-Xınalıq yolu bağlanıb

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib. APA-nın yerli bürosunun məlumatına görə, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb. Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır. Sürücülərə […]

ADY: Hava şəraiti ilə bağlı qatarların qrafikində qismən kənara çıxma halları ola bilər

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür. ADY-dən verilən məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir. Bəzi sahələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən […]

İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib

Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılış münasibətilə kollektivə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Əziz dostlar. Sizi əlamətdar hadisə – Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm. Rusiya Federasiyasının və Dağıstan Respublikasının rəhbərliklərinə Azərbaycan xalqının mədəni-tarixi irsinin […]

Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Azərbaycanda rəqəmsal inkişaf son illərdə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Medianın İnkişafı Agentliyindən verilən məlumata görə, bunu qurumun icraçı direktoru Əhməd İsmayılov İstanbulda keçirilən Strateji Kommunikasiya Sammitindəki çıxışı zamanı deyib. “Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal […]

İsrail son günlərdə Livanın cənubunda “Hizbullah”ın 30-dan çox döyüşçüsünü öldürüb

Son günlərdə İsrail hərbçilərinin quru əməliyyatları zamanı Livanın cənubundakı bölgələrdən birində “Radvan” bölməsinin 10 üzvü də daxil olmaqla “Hizbullah” hərəkatının 30-dan çox döyüşçüsü öldürülüb. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. Bildirilib ki, “Hizbullah” döyüşçüləri tank və snayper atəşindən, pilotsuz uçuş aparatlarının zərbələrindən istifadə edilərək, eləcə də əməliyyat zonasındakı hədəflərə […]

Netanyahu: İranı tam qüvvətlə vurmağa davam edirik

İsrail İranı tam qüvvətlə vurmağa davam edir. “The Times of Israel”in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. O, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin öldürüldüyün təsdiqləyib və bu əməliyyatı ABŞ-İsrail əməkdaşlığının bir nümunəsi kimi təqdim edib. “Bu şəxsin əlində bir çox insanın qanı var idi”, – […]