Ermənistan tərəfi Kəlbəcər rayonu ərazisində mövqelərimizi intensiv atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib.İyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri […]

Prezident İlham Əliyevin qələbə və inkişafa hədəflənmiş xarici siyasəti – TƏHLİL

Azərbaycan dövlətinin əsasını təşkil edən tarixilik, realizm, mənəvilik, mədəniyyəttutumlu müstəqillik millətin xarici siyasi mentallığı ilə təmin edilir. Prezident İlham Əliyev tərəfindən uğurla əlaqəndirilmiş, Azərbaycanın həyata keçirdiyi xarici siyasət milli və bəşəri maraqların tarazlığı üzərində qurulub. Azərbaycanın son 10 ildə keçdiyi inşikaf yolu, seçilən düzgün kurs dövlətin bu gün müstəqil siyasət […]

Türkiyə parlamentinin sədri Azərbaycana səfərə gəlir

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfərə gəlir. Doğrusöztv.Az-ın məlumatına görə, üçtərəfli görüş iyulun 27-də keçiriləcək. Görüşdə “Bakı Bəyannaməsi” imzalanacaq. Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. İyulun […]

Sərhəddə baş verən təxribatlara görə bütün məsuliyyət tam olaraq Ermənistanın üzərindədir – Naqif Həmzəyev

“Təəssüflər olsun ki, Ermənistan tərəfi üçtərəfli bəyanata sadiqlik nümayiş etdirmir. Bu ölkədə baş verən hadisələr onu göstərir ki, Paşinyan seçkilərdə qalib gəlsə də, hələ də idarəçiliyi tam olaraq əlində cəmləşdirə bilməyib. Siyasətdə və ordu içərisində narazı qüvvələrin sayı artmaqdadır. İstənilən halda, Paşinyana çətinlik yaradan qüvvələr var və onlar heç cür […]

Bir qrup media və QHT nümayəndəsi jurnalistlər üçün tikilən binanın şəhid ailələrinə verilməsi üçün müraciət ediblər

Bir qrup media və QHT nümayəndəsi jurnalistlər üçün tikilən binanın şəhid və qazi ailələrinə verilməsi üçün Prezident İlham Əliyevə müraciət ediblər. Doğrusöztv.Az -ın məlumatına görə, müraciətdə deyilir: “Möhtərəm cənab Prezident. Məlum olduğu kimi, Azərbaycan tarixində yeni bir mərhələ başlanıb. Artıq ölkəmiz bütün dünyada qalib Azərbaycan kimi tanınır. Dövlətimizin yenilməz gücü, […]

Vilayət Eyvazov şəhid oğluna Şuşada vəzifə verdi

Daxili işlər orqanlarında kadr təyinatı olub. Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Səttar Məhərrəmzadə Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə təyinat alıb. Qeyd edək ki, S.Məhərrəmzadənin atası Nazim Məhərrəmov 1992-də Daşaltı əməliyyatında şəhid olub.

Prezident İlham Əliyev Naftalanda avtomobil yollarının əsaslı təmiri üçün vəsait ayırdı

Prezident İlham Əliyev Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam verib. Doğrusöztv.Az-ın məlumatına görə, Sərəncamda qeyd edilir ki, Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon […]

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini – Ordunun Baş Qərargah rəisi təyin edilib

Prezident İlham Əliyev K.T.Vəliyevin Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, sərəncama əsasən, General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin […]

Ermənilər Kəlbəcəri atəşə tutub, bir hərbi qulluqçumuz şəhid olub

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi […]