İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır – Səfir

Qarabağa qanunsuz şəkildə yük daşıyan İranın özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub. Doğrusöztv.Az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib. S.A.Musəvinin sözlərinə görə, bununla əlaqədar Azərbaycan tərəfindən rəsmi şəkildə məlumatlar alındıqdan sonra addımlar atılıb. Musəvi bildirib ki, İran şirkətlərinə tapşırılıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi […]

BMT-nin İnsan Hüquqları Şurasında Ermənistan bütün mina xəritələrini Azərbaycana verməyə çağırılıb

Cenevrədə yerləşən və BMT-də akkreditə olan Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) proqram koordinatoru Coel Fuks BMT-nin İnsan Hüquqları Şurasının 48-ci sessiyasının 14-cü iclasında Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi və ekoloji cinayətlərdən danışıb. Doğrusöztv.Az bildirir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. “Ekoloji cəhətdən əsaslandırılan sağlam nizamlamanın, təhlükəli maddələrin […]

Bu tarixdən etibarən həftəsonu ictimai nəqliyyat və metro işləyəcək – RƏSMİ

Oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyat və metro işləyəcək. Doğrusöztv.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib. Doğrusöztv.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, […]

Naxçıvanda müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, Sərəncamla Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə […]

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib. Doğrusöztv.Az xəbər verir ki, məktubda deyilir: “Əziz Qardaşım, Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən […]

Prezident İlham Əliyevin Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsi uğurla icra edilir – Vüqar Rəhimzadə

“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il İkinci Qarabağ savaşının başlandığı gün-sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd […]

Azərbaycanla Türkiyə arasında hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsi genişləndirilə bilər (FOTO)

Azərbaycanla Türkiyə arasında hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsi genişləndirilə bilər. Doğrusöztv.Az bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, xidmət rəisi, general-polkovnik Arzu Rəhimov Türkiyə Milli Müdafiə Nazirliyinin Hərbi Çağırış Xidməti baş direktorunun müavini Mehmet Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə […]

Saxta COVİD pasportu alanlar məsuliyyətə cəlb edilə bilər – DİN-dən XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi saxta COVİD pasportu alanlara xəbərdarlıq edib. Doğrusöztv.Az bildirir ki, Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, saxta COVID-19 pasportu satanla yanaşı, o sənədi alan və istifadə edən şəxs də cinayət məsuliyyəti daşıyır: “Vətəndaşın bu sənədi almaq üçün verdiyi rüşvət maddəyə tövsif […]