19-u iş günüdürmü? – RƏSMİ

Dövlət Əmək Müfəttişliyi Xidməti martın 19-nun qeyri-iş günü olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib. “Report”un məlumatına görə, Dövlət Xidmətinin mətbuat katibi Aynur Osmanqızı xatırladıb ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. […]

Bakıda kişi 27 yaşlı arvadını dəhşətli şəkildə öldürdü

Xəzər rayon Prokurorluğu Bakıda qadının qətli ilə bağlı məlumat yayıb.Prokurorluqdan BiG.AZ-a daxil olan məlumatda deyilir:”Martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Ülviyyə Həsənovaya […]

Azərbaycanın Ermənistana beş maddəlik təklif verməsinin məqsədi – Nazirdən AÇIQLAMA

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının Ermənistana beş maddədən ibarət təklif verməsinin məqsədlərini açıqlayıb. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edir. “Ermənistana irəli sürülən beş maddəlik təklifin əsas fəlsəfəsi ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsi başa çatandan, yəni 30 illik işğala […]

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Martın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Bu barədə BiG.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov cənab H.Akarı 70-illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və Türkiyə Silahlı Qüvvələrinin inkişafı naminə fəaliyyətlərində daha böyük uğurlar […]

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 30 il ötür.

1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmasına başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin […]

Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə başsağlığı verib – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycan Respublikasının Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Onunla keçirilən görüşlərimizi hər zaman xatırlayacağam. Allah rəhmət eləsin”.

İlham Əliyevin göstərişi ilə Azərbaycanlıların təxliyəsi üçün Moldovaya xüsusi heyət ezam olunub

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən həmsərhəd ölkələrə üz tutmuş Azərbaycan Respublikası vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, indiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri […]

Ermənilər Xocavənd və Füzulini atəşə tutdu

Martın 10-u saat 09:50-dən 17:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Azərbaycan […]

Daxili işlər nazirindən yeni TƏYİNAT

Daxili işlər orqanında kadr dəyişikliyi olub. Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Zülfüqar Orucov Yardımlı Rayon Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin edilib. Buna qədər Z.Orucov Lənkəran Şəhər Rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin rəisi vəzifəsində xidmət aparıb.