UEFA Avropa Liqasının Liqa mərhələsinə yekun vurulacaq. VIII turun bütün oyunları eyni saatda başlayacaq. “Fənərbağça” səfərdə FCSB-nin qonağı olacaq. “Roma” isə Yunanıstanda “Panatinaikos”la qarşılaşacaq. UEFA Avropa Liqası Liqa mərhələsi VIII tur 30 yanvar 00:00. “Genk ” (Belçika) – “Malmö” (İsveç) 00:00. “Qo Ehed İqlz” (Niderland) – “Braqa” (Portuqaliya) 00:00. “Panatinaikos” […]
İran ABŞ ilə həqiqi danışıqlara hazır olduğunu bəyan edib
ABŞ doğrudan da razılığa gəlmək üçün həqiqi dialoqa girməyə hazırdırsa, Tehran ABŞ administrasiyası ilə danışıqlara açıqdır. Bunu İran Məclisinin (birpalatalı parlament) spikeri Məhəmməd Baqer Qalibaf CNN-ə müsahibəsində bildirib. “Əgər bunlar beynəlxalq normalar çərçivəsində razılığa gəlmək üçün həqiqi danışıqlardırsa, onda bəli. Lakin bunlar ABŞ Prezidentinin (Donald Trampın) axtardığı danışıqlar deyil; o, […]
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam
Prezident İlham Əliyev Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir: “2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur. Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən […]
Putindən əl-Şaraaya: Suriyanın ərazi bütövlüyünü bərpa etmək səylərinizi dəstəkləyirik
Rusiya Prezidenti Vladimir Putin Fərat bölgəsinin Suriyaya yenidən reinteqrasiyası münasibətilə Prezident Əhməd əl-Şaraanı təbrik edib. Kremldə keçirilən görüşdə Putin Rusiyanın Suriya hakimiyyətinin ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün bütün səylərini dəstəklədiyini bildirib. Putin vurğulayıb ki, Rusiya Suriyanın bərpası üçün birgə çalışmağa hazırdır.
Ceyhun Bayramov Çin XİN rəhbəri ilə regional və beynəlxalq məsələləri müzakirə edib – YENİLƏNİB
28 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Van İ ilə görüşüb. XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Çin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub. Nazirlər […]
Ermənistan Azərbaycanla sülh sazişinin yaxın aylarda imzalanacağına ümid edir
Bakı ilə sülh sazişinin yaxın aylarda imzalanacağına ümid edirik. Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasında bildirib. “Sülhün tərkib hissələrinə kommunikasiyaların açılması, tranzit məsələlərində bir-birimizə yardım göstərilməsi daxildir. TRIPP regionumuzda sülh və əməkdaşlığın semantik faktoru olacaq”, – Ermənistan XİN rəhbəri qeyd edib.
Suriya prezidentinin Rusiyaya ikinci səfəri – beynəlxalq ictimaiyyətlə genişlənən əlaqələr – ŞƏRH
Suriya Prezidenti Əhməd əş-Şaraa bu gün Rusiya Federasiyasına işgüzar səfər edəcək. O, səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Kremlin mətbuat xidmətinin açıqlamasına əsasən, onlar müxtəlif sahələrdə ikitərəfli əlaqələrin vəziyyətini və inkişaf perspektivlərini, həmçinin Yaxın Şərq regionunda cari vəziyyəti müzakirə etməyi planlaşdırıblar.Bu, prezidentliyi dövründə Əhməd əş-Şaraanın Rusiyaya ikinci səfəridir. O, […]
Elektron ticarət sahəsində qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək
Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Bu dəyişikliklər vergi orqanında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında iş və xidmətlər təqdim […]
Milli Məclisin yaz sessiyası çərçivəsində ilk iclasının gündəliyi açıqlanıb
Milli Məclisin yaz sessiyası çərçivəsində fevralın 2-də keçiriləcək ilk iclasının gündəliyi açıqlanıb. Gündəliyə aşağıdakı məsələlər daxil edilib: 1. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (II səsvermə). 2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu (II səsvermə). […]
Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvada səfərdədir
Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvaya gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Suriya liderinin təyyarəsi “Vnukovo” hava limanına enib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Suriya lideri Əhməd əl-Şaraa işgüzar səhər yeməyi və ayrıca görüş çərçivəsində danışıqlar aparacaqlar. Xatırladaq ki, bu, Əhməd əl-Şaraanın Rusiyaya […]