Zəngilan Hava Limanı beynəlxalq məkan indeksləri kataloquna daxil edildi

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Zəngilan Hava Limanını beynəlxalq məkan indeksləri kataloquna daxil edib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi Qarabağda tikilməkdə olan Zəngilan Beynəlxalq Hava Limanına kod təyin edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) müsbət rəy alıb. Hava limanına ICAO-nun dördhərfli “UBBZ” kodu təyin […]

Azərbaycanın azad edilmiş ərazilərdə 13 layihə üzrə 9 yolun tikintisi başlayıb – Müşavir

Azad edilmiş ərazilərdə 13 layihə üzrə tikintisi və yenidən qurulması nəzərdə tutulan avtomobil yollarından hazırda 9 layihə üzrə tikinti işlərinə başlanıb. Doğrusöztv.Az-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aidə Bədəlova “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsində prioritetlər” adlı tədbirdə çıxışı zamanı deyib. “Hazırda digər dövlət qurumları kimi […]

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında iştirak ediblər (FOTO/VİDEO)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub. Doğrusöztv.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, Binə qəsəbəsinin Atçılıq və Təmənis yaşayış massivlərində indiyədək təhsil […]

Daha iki ölkə vətəndaşlarının təyyarə ilə Azərbaycana gəlməsinə icazə verildi

Hava nəqliyyatı vasitəsilə daha 2 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib. Doğrusöztv.Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müvafiq dəyişiklik edib. […]

Qoca qitədə yeni ordu – NATO-ya alternativ, yoxsa dəstək?

2022-ci ilin yanvar ayından etibarən Fransa Sloveniyadan sonra altı ay müddətinə Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməyə başlayıb. 2008-ci ildə sabiq Fransa dövlət başçısı Nikola Sarkozi Aİ-nin böyük maraqlarını müəyyənləşdirən və üzv olan ölkə başçılarını bir araya toplayan Avropa Şurasının prezidenti vəzifəsini icra edirdi və bu dövr daha çox “böhran […]

Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçiriləcək iclasına dəvət edilib

26 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında telefon danışığı baş tutub. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, nazirlər, iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə inkişafını məmnunluqla qeyd ediblər. […]

Bu şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək

Peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Doğrusöztv.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıb. Məlumatda deyilir: “Məlum olduğu kimi, COVID-19 virusunun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi […]

Prezident İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Fransanın Avropa İttifaqının sədrliyi funksiyasını qəbul etməsi münasibətilə təbriklərini çatdırdı və Fransanın Avropa […]

Səfər Mehdiyev: “Mal nomenklaturasına 44 yeni risk profili əlavə edilib”

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə mal kodlarının və malların gömrük dəyərinin düzgün bəyan olunmaması nəzərə alınmaqla hazırlanan profillər təhlil olunub. “Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tviterdəki hesabında yazıb. “Nəticədə ötən il ərzində 17 risk profili deaktiv edilərək 44 yeni risk profili sistemə əlavə edilib”, – o qeyd edib

Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır

“Yolumuz Qarabağa” layihəsi ilə işğaldan azad edilən ərazilərə təşkil olunan səfərlər çərçivəsində Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır. Bunu “Report”ub sorğusunda cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Məlumata görə, hazırda sabah, yəni yanvarın 24-də daxil olmaqla Ağdama getmək istəyənlər üçün satışda Biletlər var. Bakı-Ağdam marşrutunun birtərəfli qiyməti […]