Azərbaycanda Müstəqillik Günü qeyd olunur

alfonsonri

Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur. 104 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində […]

Saleh Rüstəmli əfv edildi

alfonsonri

Siyasi baxışlarına görə həbs olunduğu iddia edilən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli əfv edilib. Onun adı Prezident İlham Əliyev tərəfindən imzalanan Əfv Sərəncamında yer alıb. Qeyd edək ki, uzun müddətdir Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunub. O, narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə […]

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb – SİYAHI

alfonsonri

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik […]

Spiker İlham Əliyev və xanımını təbrik etdi

alfonsonri

Milli Məclis 28 may – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edib. Bu barədə parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib. Spiker təklif edib ki, bununla bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından […]

Daxili Qoşunların hərbçisi Ağdamda MİNAYA DÜŞDÜ – YENİLƏNİB

alfonsonri

Ağdamda Daxili Qoşunların hərbçisinin minaya düşməsi ilə bağlı araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Faktla bağlı Ağdam Hərbi Prokurorluğunda araşdırma başlayıb. 12:21 Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Ə.Umarov Çəmənli […]

DİN sözçüsü ilə jurnalist Respublika Günündə TOY EDƏCƏK

alfonsonri

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev tanınmış jurnalist, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva ilə ailə qururlar.  Bir neçə gün öncə rəsmi nikaha girən cütlük 28 May Respublika Günündə toy mərasimi keçirəcək.  Qeyd edək ki, Nurlan Əliyev ATV, “Space”, həmçinin “Lider” TV-də, Aysel Fərziyeva isə […]