“Formula 1” yarışı başladı

alfonsonri

Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüşə start verilib. “Formula-1” komandaları bolidlərini sınaqdan keçirməyə başlayıblar.Saat 15:00-da start götürən birinci sərbəst yürüş bir saat çəkəcək. Komandalar saat 18:00-dan 19:00-dək ikinci sərbəst yürüşə qatılacaq.

Separatçıları qorxudan tarix yaxınlaşır: “İrəvan tamamilə asılı duruma düşəcək, Qarabağda erməni qalmayacaq”

alfonsonri

Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi Zəfər nəticəsində imzalanan 10 noyabr bəyanatının altıncı bəndində yer alan müddəalardan biri Laçın şəhərindən yan keçməklə yeni alternativ yolun çəkilməsindən bəhs edir. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə qeyd edib ki, Laçın şəhərindən yan keçən yeni […]

Prezident yeni elektrik yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında – FOTO

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Azərişıq” ASC-nin 110/35/10 kilovoltluq yeni yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib.“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yeni yarımstansiyada və idarəetmə mərkəzində yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, paytaxtın Yasamal rayonu ərazisində, Füzuli meydanının yaxınlığında tikilən yeni yarımstansiya Bakı […]

“RİA Novosti” Azərbaycanın etirazına səbəb olan müsahibəni sildi – Foto

alfonsonri

Rusiyanın “RİA Novosti” agentliyi bir neçə gün əvvəl öz saytında paylaşdığı Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri Artak Beqlaryan ilə müsahibəni silib. Saytda sözügedən müsahibəyə daxil olduqda materialın silindiyi qeyd olunur.  Xatırladaq ki, A.Beqlaryan ilə müsahibədən sonra Azərbaycanda “RİA Novosti” bloklanıb. Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin […]

Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi – FOTO

alfonsonri

İyunun 9-da Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycanın mövcud tranzit imkanlarının inkişafına dair iclas keçirilib. “Report” xəbər verir ki, iclasda sahə üzrə məsul şəxslər, müvafiq nazirliklərin və dövlət şirkətlərinin rəhbərləri iştirak ediblər. İclas zamanı beynəlxalq yükdaşımalar sahəsində mövcud vəziyyət və proqnozlar təhlil edilib, Azərbaycanın bütün yük kateqoriyaları üzrə […]

“5” alan məzunlardan yalnız 31 faizi attestat qiymətlərini doğruldub: Məktəblərdə yalançı qiymətlər yazılır?

alfonsonri

Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 96,27%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0-200 bal intervalında olub. Bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent 12” jurnalında qeyd olunub. Bildirilib ki, “5” qiymətlə bitirən məzunların isə yalnız 30,82%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı […]

Türkiyə ilə Yunanıstan arasında hərbi münaqişə riski: Bakı-Ankara müştərək gücü işə düşə bilər – TƏHLİL

alfonsonri

İki NATO üzvü – Türkiyə ilə Yunanıstan arasında hərbi eskalasiya riski qapını döyür, regionda yeni münaqişənin yaranmaması üçün beynəlxalq səylər həmin qapının açılmamasına yönəlməlidir. Türkiyə-Yunanıstan qarşıdurmasını alovlandıran amillər bunlardır: – Yunanıstan Egey dənizindəki adaları silahlandırır, – Türkiyə bunu Lozanna və Paris müqavilələrinə zidd hesab edir. Bununla da, həmin adalara suverenlik iddiaları irəli sürür,   […]

“Azərbaycanda inflyasiya qaçılmazdır” – Deputat

alfonsonri

Qlobal iqtisadiyyatdakı çətinliklər özünü ərzaq bazarında qıtlıq və qiymət artımları ilə göstərir.  Dogrusoztv.az  xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarındakı tarazlığı pozub.  “Hər iki ölkənin dünya buğda ixracatında birgə payı 30 faiz, qarğıdalı, mineral gübrələrdə satışında isə 20 faiz idi. […]

Cəbrayılda yol qəzası – Ölən və yaralananlar var

alfonsonri

Cəbrayıl rayonunda avtomobillər toqquşub, ölən və yaralananlar var. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Hadisə iyunun 9-u saat 18 radələrində rayonun Qumlaq kəndində qeydə alınıb. Belə ki, Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində […]

Paytaxt yollarındakı son vəziyyət

alfonsonri

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir: Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq Moskva prospektində – Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər – […]