Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb. Parlamentin fevralın 13-də keçiriləcək iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi. 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, […]
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinə müavinlər təyin edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinə müavinlər təyin edilib. “APA-Economics”in əldə etdiyi məlumata görə, Cəfər Babayev Agentlik sədrinin birinci müavini, İlqar Həsənov və Mirzə Mirzəyev isə Agentliyin sədr müavini vəzifələrinə təyin olunub. Qeyd edək ki, C. Babayev 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və […]
ABŞ-ın vitse-prezidenti Ermənistandan Azərbaycana yola düşüb
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurub. ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb. Qeyd edək ki, Cey Di Vens ötən gün Ermənistana səfər edib, Baş nazir Nikol Paşinyanla görüşüb.
Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 27 %-dən çox artırıb
Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 4,596 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 27,4 % azdır. Hesabat dövründə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2,2 % artaraq 3 milyard 062 milyon ABŞ dollarına çatıb. Türkiyədən ən çox bu […]
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, R.İsmayılov bundan əvvəl ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsində çalışıb.
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə yekun qərarla bağlı müşavirəyə gedib – YENİLƏNİB
Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə fevralın 10-da davam etdirilən məhkəmə prosesində söz müdafiə tərəfinə verilib. Müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən R.Vardanyanın son söz çıxışından sonra sədrlik […]
Gəncə şəhər İcra İdarəsinə yeni rəis təyin edilib
Gəncə şəhər İcra İdarəsinə yeni rəis təyin olunub. Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmrinə əsasən, bu vəzifəyə kiçik ədliyyə müşaviri Ülvi Etibar oğlu Ələkbərli təyin edilib. Ü.Ələkbərli Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə ədliyyə orqanlarının fəaliyyəti, məhkəmə qərarlarının icrası və vətəndaşların hüquq və qanuni maraqlarının müdafiəsindən bəhs […]
Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi
Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin olunub. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2015-ci ildən Dövlət Statistika Komitəsinin sədri olan Tahir Budaqov ötən gün Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib.
Ödənişli avtomagistrallarda maksimum sürət həddinin müəyyənləşdirilməsi I oxunuşda qəbul edilib
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Dəyişikliklə ödənişli avtomagistrallarda yol hərəkəti üçün maksimum sürət 130 km/saat müəyyən edilir. Bundan başqa, avtomagistral anlayışının çərçivəsində dəyişiklik edilir. Belə ki, bu Qanunla avtomagistral- bu qanunla müəyyən […]
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib
Milli Məclis “Uşaq hüquqları haqqında” yeni hazırlanmış qanunun layihəsini ilk oxunuşda qəbul edib. Layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Yeni hazırlanan layihə barədə məlumat verən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, hazırda qüvvədə olan mövcud qanun 5 fəsil və 45 maddədən ibarət idisə, yeni […]