Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB
Qəbələdə aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı – Hörmətli cənab Baş nazir. Hörmətli qonaqlar, xanımlar və cənablar. Sizi səmimiyyətlə salamlayıram. Mən çox şadam ki, cənab Baş nazir bu gün bizim […]
Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. İclasda təşkilatı məsələlərə – MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb. Məzahir Pənahov yenidən MSK sədri seçilib. Məzahir Pənahov ona göstərilən etimada görə, komissiya üzvlərinə təşəkkür edib. İclasda Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova və Mikayıl […]
“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılışı olub
Şuşa şəhərində “Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılış mərasimi keçirilib.Bu çərçivədə keçirilən tədbirlərdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak edirlər. Növbəti günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclası, Qastronomiya Günü, eləcə də İƏT Turizm Nazirlərinin […]
Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz
Ali Məhkəmənin Mülki kollegiyası artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarının mövcud olduğu halda eyni tələb üzrə yenidən məhkəmə baxışının aparılmasının yolverilməzliyinə dair məhkəmə təcrübəsinin vahidliyini müəyyən edən qərar qəbul edib. Bu barədə Ali Məhkəmə məlumat yayıb. Bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə qarşı 17 500 […]
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib
Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib. Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri tədbirdə çıxış ediblər.
Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
Çexiyanın milli enerji operatoru ČEPS də Azərbaycandan təbii qaz almaq niyyətindədir.Bu fikirləri Çexiyanın Baş naziri Andrey Babiş Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib. Azərbaycanın qaz hasilatını tədricən artırdığını qeyd edən Çexiyanın Baş naziri deyib: “Bu gün şirkətin rəhbəri də bizimlədir və biz qaz təminatı baxımından Azərbaycanla uzunmüddətli müqavilə bağlaya bilsək, […]
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar qəbul edilib
Milli Məclis terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cəzaları son oxunuşda qəbul edib. Bununla bağlı Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə edilib. Sənədə əsasən, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunur ki, bu da […]
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib
Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsini qəbul edib. Bu barədə sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib. MSK üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələyə əsasən, Yeni Azərbaycan Partiyasının, Milli Məclisdə üzvləri azlıq təşkil edən partiyaların və Milli Məclisdə üzvləri azlıq təşkil […]
Azərbaycan lideri Cənubi Afrika Prezidentini təbrik edib
Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozaya təbrik məktubu ünvanlanıb.Məktubda deyilir: “Hörmətli cənab Prezident, Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram. İnanıram ki, Azərbaycan ilə Cənubi Afrika arasında […]