Hacıyev-Sallivan danışıqları: ABŞ və Azərbaycan nəyi “bölüşdürürlər”? – TƏHLİL

alfonsonri

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da səfərdədir. Hikmət Hacıyev səfəri zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Rusiya-Ukrayna müharibəsinin uzanması, dünyada humanitar böhranın yaranması, enerji resurslarına baxışların redaktə edilməsi ABŞ və Britaniyanı region ölkələri ilə dil tapmağa və əməkdaşlıqda yeni səhifələr […]

Azərbaycanlı zəvvarların NƏZƏRİNƏ: Uçuş tarixləri BİLİNDİ

alfonsonri

Bu il Azərbaycandan Həcc ziyarəti üçün səfər etmək istəyənlərin sənəd qəbulu başa çatıb. Bu barədə “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib. Şöbə müdiri bildirib ki, artıq siyahıyaalma və qruplaşma prosesi gedir: “Yaxın günlərdə həmin şəxslərə vizaların verilməsinə başlanılacaq”. QMİ rəsmisi qeyd edib […]

Azərbaycanda yeniyetmə qızı ərə verirlər

alfonsonri

Sabirabad rayonu Qəzli kəndində erkən nikaha cəhd müəyyən olunub. Bu haqda Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb. Məlumata görə, toy iyunun 8-də baş tutacaqdı. Qızın kimliyi, neçə yaşı olduğu hələki məlum deyil. Əlavə məlumat üçün qeyd edək ki, bu sözügedən kənddə ikinci erkən […]

Bütün Rusiya universitetləri Boloniya sistemindən çıxarılıb

alfonsonri

Rusiyanın bütün universitetləri Boloniya sistemindən çıxarılıb. Bunu Rusiyanın Təhsil və elm nazirinin müavini  Dmitri Afanasyev Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin “Müasir şəraitdə Rusiya Federasiyasında ali təhsil sisteminin inkişafı məsələləri” mövzusunda geniş iclasında çıxışı zamanı deyib. Qeyd olunub ki, Rusiya Rektorlar İttifaqının müraciəti əsasında təhsil müəssisələrinin rəhbərlərinin imzalamasından sonra […]

Güclü külək əsəcək, intensiv yağış yağacaq

alfonsonri

Bakıda və Abşeron yarımadasında iyunun 7-dən birinci ongünlüyün sonunadək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında iyunun 07-dən 11-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi […]

Nazir yeni rəis TƏYİN ETDİ

alfonsonri

Daxili işlər orqanında kadr dəyişikliyi olub. Dogrusoztv.az xəbər verir ki oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Ənvər Həsənov Bərdə Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.  O, bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsinin rəisi vəzifəsini icra edirdi. 

Bakıda müəllim vəfat etdi

alfonsonri

Bakının Nərimanov rayonunda yerləşən Məktəb-Lisey Kompleksinin müəllimi Tərəqqi Məsumə Qurban qızı vəfat edib. Bu barədə məktəb-lisey özü məlumat yayıb. Bildirilib ki, o, uzun sürən ürək xəstəliyindən dünyasını dəyişib. Qeyd edək ki, Məsumə Tərəqqi sözügedən təhsil ocağında ingilis dili fənnini tədris edib.

Bu gün bütün orta məktəblərin IV siniflərində monitorinq keçiriləcək

alfonsonri

Bu gün Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Monitorinqin əsas məqsədləri şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması […]

Azərbaycanda vəzifəli şəxs 341 min manatlıq dələduzluq ittihamı ilə həbs edilib

alfonsonri

Azərbaycan Sambo və Kikboksinq federasiyalarının sabiq vitse-prezidenti həbs edilib. Trend-in məlumatına görə, peşəkar idmançı Səbuhi Vaqif oğlu (Səbuhi Rəcəb) 341 min manatlıq dələduzluqda ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında ittiham olunan şəxsin anket […]