Palata Anar Kərimovun dövründəki nöqsanları AŞKARLADI

alfonsonri

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-2021-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqının ödənilməsinin satınalma proseduru olmadan xərc edildiyi müəyyən olunub. Bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. Bəzi hallarda ehtimal olunan qiymətin hesablanması zamanı mövcud potensialın tam diqqətə alınmaması, həmçinin bir sıra hallarda […]

Sabaha olan hava proqnozu

alfonsonri

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 20-25° isti olacaq. […]

Bu uşaqlar bağçadan xaric olunacaq

alfonsonri

Qeydiyyatdan keçib gəlməyən uşaqların bağçadan xaric olunması prosedurunun işlənilməsi nəzərdə tutulur. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib. O bildirib ki, bunun üçün normativ sənədlərə düzəliş ediləcək: “Elə etməliyik ki, növbədə dayanan valideynlər uşaqlarını […]

İtkin düşən əsgərlərlə bağlı beynəlxalq təşkilatlara – Müraciət edildi

alfonsonri

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Bu barədə  Dövlət Komissiyasından məlumat verilib. “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla […]

“Rus əsgəri ukraynalı hərbçinin başını kəsib” – Zelenski

alfonsonri

Ukrayna prezidenti Vladimir Zelenski rus əsgərlərinin ukraynalı əsir əsgərin başını kəsməsi ilə bağlı iddialara münasibət bildirib. O, bu barədə sosial media hesabından verdiyi video açıqlamada danışıb. Belə ki, Zelenski, “Bütün dünya ukraynalı məhbusun öldürüldüyü görüntüyə baxmalıdır” deyə çağırış edib. “Bu, təsadüf deyil, epizod deyil. Daha əvvəl də olmuşdu. Buçada belə […]

Laçında çoban minaya düşdü – YENİLƏNİB

alfonsonri

Laçın rayonunun işğaldan azad edilmiş Sus kəndi ərazisində 2001-ci il təvəllüdlü Ramil Əzizovun mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda Laçın rayon prokurorluğunda araşdırma davam etdirilir. Həmçinin bildirilib ki, 2020-ci ilin […]

Dəniz suyundan içməli su istehsal ediləcək – SƏRƏNCAM

alfonsonri

Prezident İlham Əliyev “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb. Sərəncam “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su […]

Şəhidimizin nəşi Naxçıvana aparıldı

alfonsonri

Ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçu Səbuhi Gündüz oğlu Tağıyevin nəşi Naxçıvana aparılıb. Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi keçirilib. Şəhid Tağıyev Səbuhi Gündüz oğlu bu gün Şahbuz rayonunun Badamlı qəsəbəsində dəfn olunacaq. Qeyd edək ki, Səbuhi […]

Aİ missiyası atışma olan kəndə getməkdən imtina edib

alfonsonri

Aİ missiyasının nümayəndələri aprelin əvvəlində Tex kəndində (Dığ) olublar. Bu barədə Ermənistan parlamentinin deputatı Armen Xaçatryan bildirib. “Mən bildiyimə görə, hələ aprelin əvvəlində ora gediblər və monitorinq aparıblar. Amma müşahidənin nəticələri barədə heç nə deyə bilmərəm”, – Xaçatryan deyib. Qeyd edək ki, erməni KİV-də yayılan məlumata görə, Ermənistan XİN-in səylərinə […]

MN yaralı hərbçilərimiz barədə məlumat yaydı

alfonsonri

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən […]