Sabah Ramazan ayının 25-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 15-də imsak vaxtı saat 04:31-də, iftar vaxtı isə 19:34-dədir. 25-ci günün duası: İmsak duası: “Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin!” Tərcüməsi: “İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin […]
Qəbələdə yanacaq daşıyan avtomobil körpüdən aşdı – Ölən var
Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verməsi nəticəsində yanacaq daşıyan avtomobil körpüdən aşıb. Fövqəladə Hallar Nazirliyində verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünün meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülür.
Ermənistanda Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı cinayət işi başlanıb
“Ermənistanda Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı cinayət işi başlanıb”. Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb. Ermənistanda Azərbaycana qarşı etnik […]
“Azərbaycan bayrağının yandırılması vandalizmin və kütləvi məlumatsızlığın təzahürüdür”- Türkiyə
İrəvanda keçirilən beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması vandalizmin və kütləvi məlumatsızlığın təzahürüdür. Bunu Türkiyə Prezident Aparatı bildirib. Məlumatda həmçinin bunun qəbuledilməz olduğu qeyd edilib. Bildirilib ki, nifrətin bariz təzahürü olan və inkişaf etməmiş cəmiyyətlərə xas olan bu hadisəni pisləyirik.
Azərbaycanın idman mediası: “Ölkəmizdə heç vaxt İrəvandakı kimi iyrənc hadisə baş verməyib”
Azərbaycan idman mediası İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandırılması ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir ki, İrəvanda baş verənlər ağlasığmazdır, eyni zamanda, istənilən idman turnirinin əsas dəyərlərinə belə açıq-aşkar hörmətsizlik nümayişi, sadəcə olaraq, qəbuledilməzdir: “14 aprel 2023-cü il tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən […]
Azərbaycan millisi İrəvanı tərk edib – YENİLƏNİB
“Ağırlıqqaldırma üzrə Azərbaycan millisi artıq İrəvanı tərk ediblər”. Dogrusoztv.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib. O bildirib ki, Azərbaycan nümayəndə heyəti artıq sərhədi də keçib. Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram […]
Bayrağımızı yandıran şəxs işdən qovulacaq – Paşinyan qərar verdi
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan bayrağını yandırdığına görə ölkənin İctimai Televiziyasında çalışan Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib. Bu barədə aysor.am məlumat yayıb. Xatırladaq ki, A.Nikolyan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı zamanı Azərbaycan bayrağı zala gətirildikdən sonra səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb […]
“İrəvandakı idmançılarımız mehmanxanadan buraxılmır” – Nazir
Ermənistanın İrəvan şəhərində 2023-cü il ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı babarlık aktı törədilib, Azərbaycan bayrağı yandırılıb. Bu barədə gənclər və idman naziri Fərid Qayıbov bildirib. O deyib ki, bu, tamamilə qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir: “İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən […]
Sahibə Qafarova qazaxıstanlı həmkarı ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Sankt-Peterburqda Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayev ilə görüşüb. Bu barədə Azərbaycan parlamentindən məlumat verilib. Görüşdə qeyd olunub ki, dost və qardaş ölkələrimiz arasında münasibətlər uğurlu inkişaf dinamikasına malikdir. Bir çox sahələri əhatə edən əlaqələrimizin inkişafında dövlət başçılarının xüsusi […]
Sürücülərin NƏZƏRİNƏ: Bu gün gecə saat 22:00-dan etibarən …
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərini davam etdirir. BŞH-dan verilən məlumata görə, bu gün gecə saat 22:00-dan etibarən tribunanın quraşdırılması səbəbindən Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq. Orada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi […]