İranın Mərkəzi Valyuta Bazarındakı xəbərlər bu ölkədə milli pulun sürətlə dəyərdən düşdüyünü təsdiqləyir. 1 ABŞ dolları bu gün İranın sərbəst bazarında 108.200 tümənə satılır. 1 ABŞ dolları dünən 106.200 tümənə satılıb.
Azərbaycanda “Halloween” məhsulları neçəyədir? – QİYMƏTLƏR
Hellouin artıq Azərbaycanda da qeyd olunur. Son illərdə paytaxtdakı mağaza və əyləncə məkanlarında bu bayrama maraq artıb. Satış nöqtələrində cadugər papaqları, qorxulu maskalar, abadoklar və bəzək əşyaları alıcıların diqqətini çəkir. Restoran və klublar isə xüsusi Hellouin partiləri üçün proqramlar və bilet kampaniyaları təklif edirlər. Mağaza və “party shop”larda Hellouin aksesuarlarının […]
Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycanın müdafiə naziri Zakir Həsənov qazaxıstanlı həmkarı Dauren Kosanovla görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Əli Əsədov BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirdiyi qeyd […]
Ərdoğan: Avropa İttifaqına tam üzvlüklə bağlı Almaniyadan gözləntilərimizi ifadə etmişik
Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqına tam üzvlüklə bağlı Almaniyadan gözləntilərini ifadə edib. Bunu Türkiyə Prezidenti ölkəsində səfərdə olan Almaniyanın Kansleri Fridrix Mertslə birlikdə mətbuata bəyanatında deyib. “Bu gün apardığımız danışıqlarda NATO müttəfiqləri olaraq, ortaq maraqlarımız zəminində ikitərəfli münasibətlərimizi və beynəlxalq məsələləri müzakirə etdik. Həmçinin strateji hədəf kimi gördüyümüz Avropa […]
Ərdoğan və Merts Ankarada qapalı formatda danışıqlar aparırlar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Fridrix Merts Ankarada qapalı formatda danışıqlara başlayıblar. Bu barədə Türkiyə Prezident administrasiyasının məlumatında bildirilib. Bu, F.Mertsin kansler qismində Türkiyəyə ilk səfəridir. Almaniya Kansleri daha əvvəl bildirib ki, iki ölkə arasında təkcə xarici siyasət və təhlükəsizlik məsələlərini deyil, həm də miqrasiya, energetika və […]
Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib
İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi, İslam Rzayevlə bərabər bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.
İlham Əliyev ASB-nin 2026-cı ildə Ermənistanda keçiriləcək sammitində iştirak etmək niyyətində deyil
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin (ASB) 2026-cı ilin may ayında Ermənistanda keçiriləcək sammitində iştirak etmək niyyətində deyil. Bu barədə “Caliber.Az” mənbələrə istinadən yazıb. “İkitərəfli münasibətlərin hazırkı səviyyəsi Prezident Əliyevin İrəvana səfərini aktual addım kimi nəzərdən keçirməyə hələlik imkan vermir. Azərbaycan real fəaliyyət prinsipindən çıxış edir. Saziş (sülh sazişi […]
Balakən icra hakimiyyətində əməliyyat zamanı saxlanılanlar korrupsiyada şübhəli bilinirlər
Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar korrupsiya cinayətlərində şübhəli bilinirlər. Əməliyyat zamanı rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir. Qeyd edək ki, xəbəri ilk olaraq Qafqazinfo paylaşıb. “Report”
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıb
Bu gün saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilib. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, namizədlər 11 noyabr 2025-ci il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər. “Proses Elm və […]