Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası martın 3-də keçiriləcək. Bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının yekununda bildirib. O qeyd edib ki, növbəti plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.
Bakıya sulu qar yağacaq
Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat məlumat yayıb, Günün birinci yarısında bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-5° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan […]
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü bu gün atılacaq. Tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq. Pükatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Bu raundda Liqa mərhələsini ilk “8-lik”də başa vuran komandalar və pley-offun qalibləri iştirak edəcəklər. Liqa mərhələsinin ilk “8-liy”i: “Arsenal” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” […]
BİZİM TƏQVİM:27 fevralda baş vermiş tarixi hadisələr
2004-cü ilin bu günündə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. Lisey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və Milli Ordunun peşəkar kadrlara olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq məqsədilə təsis edilib. Bəs, fevralın […]
Efiopiyannın Baş naziri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
Fevralın 27-də Azərbaycanda rəsmi səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər […]
Sosial şəbəkələrə uşaqlarla bağlı məhdudlaşdırıcı addımların tətbiqi təklif olunur
Sosial şəbəkələrə uşaqlarla bağlı məhdudlaşdırıcı addımların tətbiqi təklif olunur. Bununla bağlı məsələ İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə uşaqların daha çox […]
Bakıda 15 istiqamətdə tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. […]
Putin və Lukaşenko İttifaq Dövləti çərçivəsində yeni qərarlar qəbul ediblər
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasının yekunları üzrə sənədlər imzalayıblar. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Onların arasında “İttifaq Dövlətinin Standartlaşdırma və Keyfiyyət Komitəsinin yaradılması haqqında”, “2025–2026-cı illər üçün İttifaq Dövlətinin ədəbiyyat və incəsənət sahəsində mükafatlarının verilməsi haqqında”, “2026-cı il üçün […]
DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. Bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb. Abidənin önünə gül dəstələri qoyulub, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.
“Heç kimin ağlına bizə qarşı təxribat törətmək gəlməsin”
“Bu gün bu Memorial Kompleksin açılışında Xocalı sakinləri iştirak edir. Onların demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün […]