Bu gün Bakıda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Adətən Azərbaycanda bayram günlərində rəsmi tədbirlər səhər saatlarında keçirilsə də, bugünkü parad günorta başlayacaq. Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir. Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13:00 radələrində eniş etməsi […]
Türkiyə XİN-dən Zəfər Günü ilə bağlı paylaşım – Foto
Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı paylaşım edib. Nazirliyin “X” hesabında edilən paylaşımda deyilir: “Azərbaycan xalqının əzmi və qəhrəmanlıqla qazandığı zəfərin beşinci ildönümünü təbrik edir, Vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları hörmət və rəhmətlə anırıq”.
Leyla Əliyevadan Zəfər Günü ilə bağlı paylaşımı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 8 Noyabr – Zəfər Günü ilə bağlı rəsmi “Instagram” hesbaının hekayə bölümündə paylaşım edib. Həmin paylaşımı təqdim edirik:
Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Zəfər Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Əziz həmvətənlər! Vətən müharibəsində əldə edilən şanlı Zəfərin beşinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür […]
Şuşanın azadlığının 5-ci ili…
Şuşa şəhərinin işğaldan azad edilməsinin 5 ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıda Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb. Dövlət başçısı müraciətində […]
“Son beş ilin tarixi Zəfər tarixidir” – Video
Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü ilə əlaqədar sosial media hesablarında Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. Paylaşımda “Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” şərhi qeyd olunub. Həmin paylaşımı təqdim edirik:
Zəfər Günümüz mübarək!
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın […]
Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
7 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristo Kapodistrianı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-dən verilən xəbərə görə, görüş zamanı nazir Ceyhun Bayramov səfir Kapodistrianın Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafındakı xidmətlərini […]
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib – SƏRƏNCAM
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı hərbi qulluqçulara ali hərbi rütbələr verilib:“general-leytenant” ali hərbi rütbəsi general-mayor Kənan Əlihüseyn oğlu Seyidova general-mayor Ağamir Əzizxan oğlu Sultanova “general-mayor” ali hərbi rütbəsi polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə polkovnik Ümüdvar Əzizalı […]
Pəncəli Teymurova Milli Qəhrəman adı verilib
Gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş gizir Pəncəli Teymurov Aprel döyüşlərində şəhid olub.