Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.41 ABŞ dolları və ya 0.62% artaraq 66.95 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.54 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 […]
Azərbaycanlı aktyor Hollivudda Kameron Diaz və Benisio Del Toro ilə birgə filmə çəkiləcək
Azərbaycanlı aktyor Eldar İsgəndərov Grant Singerin çəkəcəyi “Reenakt” adlı filmin aktyor heyətinə qoşulub. O, Benisio del Toro, Kameron Diaz və Ana de Armas kimi Hollivud ulduzları ilə tərəf müqabili olacaq. Filmin süjeti ilə yanaşı Eldar İsgəndərovun rolu da gizli saxlanılır. Filmin çəkilişlərinin bu ilin sonlarında Los-Ancelesdə aparılması planlaşdırılır. Qeyd edək […]
Binəqədidə obyektdə partlayış
Paytaxtın Binəqədi rayonunda obyektlərdən birində partlayış baş verib. Bu barədə Baku.ws məlumat yayıb. Qeyd edilib ki, hadisə rayonun 6-cı mikrorayon ərazisində yaşanıb. Partlayış güclü yanğınla müşayiət olunmayıb. Hadisə şahidlərinin bildirdiklərinə görə, partlayış zamanı xəsarət alanlar var. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, əraziyə qurumun müvafiq əməkdaşları cəlb […]
Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib
“Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Qaydalara əsasən, kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi (onun yazılı razılığı ilə istifadəçisi və ya icarəçisi) (sifarişçi) Bakı şəhərinin, […]
Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq – SƏRƏNCAM
Prezident İlham Əliyev peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran yüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra sənədlərdə, o […]
Azərbaycan və Gürcüstan birgə kollecin yaradılmasını müzakirə edir
Azərbaycan və Gürcüstan energetika, dərin özüllü dəniz limanları tikintisi və sualtı kabellərin çəkilməsi sahəsində mütəxəssislər hazırlayacaq birgə kollecin yaradılması imkanını müzakirə edir. Bu barədə Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri Mariam Laşxinin Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşünün nəticələri haqqında bəyanatında bildirilib. Məlumata əsasən, görüşdə […]
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb. Parlamentin növbəti iclası dekabrın 9-da keçiriləcək. İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “İşsizlikdən […]
“Qobu Park”dakı yanğında zərər görən ailələrin yerləşdirilməsi üçün tədbir görülür, dəymiş ziyan müəyyənləşdirilir
5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Nazirliyin əraziyə gələn müvafiq bölmələri qısa müddətdə alovu söndürərək, yanğının digər mənzillərə keçməsinin qarşısını alıblar. Qaçqınların və Məcburi […]
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsində şahidlər dindirilib
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ruhan Hüseynov ifadəsində […]
Ermənistanda daha bir arxiyepiskop tutulub
Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Arşak Xaçatryanı saxlayıb. Bu barədə Ermənistan mediası məlumat yayıb. Din xadiminin hansı işlə bağlı saxlanıldığı hələ dəqiqləşməyib. Qeyd edək ki, Eçmiədzinin kargüzarlıq idarəsinin rəhbəri Xaçaturyan bazar ertəsi keçirdiyi mətbuat konfransında MTX-nin nümayəndələri ilə bir neçə dəfə qeyri-rəsmi görüş keçirdiyini bildirib.