Azərbaycanda dekabrın 23-də havanın yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm […]
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektləri müzakirə edilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında bildirib. “Amerika Birləşmiş Ştatları Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or ilə videokonfrans formatında keçirdiyimiz görüş zamanı Azərbaycan – ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektlərini, enerji və biznes sahəsində əməkdaşlığın strateji […]
Yeni ildə ardıcıl 5 gün iş olmayacaq
Yeni ildə bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. Bu il Azərbaycanda sonuncu qeyri-iş günü 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə təsadüf edir. 2026-cı ilin istehsalat təqviminə əsasən, 1 və 2 yanvar tarixləri Yeni il bayramı münasibətilə qeyri-iş günü hesab olunur. 3 və 4 yanvar isə şənbə və […]
Cəzaçəkmə müəssislərində amnistiya aktının icrasına BAŞLANILDI
Son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır. Hazırda […]
Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi
Son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır. Hazırda […]
İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb. Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın […]
Ukrayna və Portuqaliya dəniz dronlarının birgə istehsalı barədə razılığa gəlib
Ukrayna və Portuqaliya Ukrayna dəniz pilotsuz uçuş aparatlarının birgə istehsalı barədə razılığa gəlib. Bu barədə Ukrayna Prezidentinin köməkçisi Aleksandr Kamışin “X” sosial şəbəkəsində bildirib. “Biz dronlarımızın Rusiya hərbi gəmilərinə və sualtı qayıqlarına qarşı mükəmməl işlədiyini sübut etdik. İndi onlar Portuqaliyaya Avropanı dənizdən qorumağa kömək edəcək”, – o yazıb.
Türkiyə ərazisinə daha bir PUA düşüb
Türkiyənin Balıkəsir vialyətinin Manyas qəsəbəsinə bağlı Salur məhəlləsində bir pilotsuz uçuş aparatı (PUA) boş bir əraziyə düşüb. Bölgədə işləyən fermerlər tərəfindən tapılan PUA təhlükəsizlik qüvvələrinə təhvil verilib. Məlumata görə, PUA-nın düşdüyünü görən vətəndaşlar vəziyyəti əlaqədar qurumlara bildiriblər. Hadisə yerinə gələn əməkdaşlar ətrafda təhlükəsizlik tədbirləri görərək PUA üzərində araşdırma aparıb. Hələlik […]
Rusiyanın Xalq artisti Anatoli Lobotski vəfat edib
Rusiyanın Xalq artisti Anatoli Lobotski 67 yaşında vəfat edib. Bu barədə TASS-a onun ailəsi məlumat verib. Ailəsindən verilən məlumata görə, o, uzun sürən xəstəlikdən sonra vəfat edib. O, “Gənclik”, “Tanrılara paxıllıq”, “Kalaşnikov” və digər çoxsaylı film və televiziya seriallarındakı rolları ilə tanınıb.
Sahibə Qafarova Monteneqro XİN rəhbəri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 20-də Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Görüşdə Azərbaycan ilə Monteneqro arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. […]