Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Qanunu imzalayıb. Doğrusöztv.Az-ın məlumatına görə, qanunla “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilir.
Hulusi Akar azərbaycanlı şəhid ailəsinə məktub göndərib
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib. Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, məktub Yardımlının Kürəkçi kəndində yaşayan ailəyə çatdırılıb. Məktubda deyilir: “Şanlı Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı torpaqlarını azad etdiyi 44 günlük dastana dönən mübarizədə ağır yaralanan baş leytenant Valeh […]
Rusiyalı deputat Bərdədən sonra Ağdama gedib (FOTO)
Rusiya Federasiyasının Dövlət Dumasının deputatı Aleksey Juravlyov Bərdədən sonra Ağdama səfər edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, deputat Ağdamda ermənilərin törətdiyi vəhşilikləri, şəhərin xarabalığa çevrilməsini öz gözləri ilə görüb. Deputat, həmçinin Ağdam məscidində olub və oradakı vəziyyətlə yaxından izləyib.
cəzalandırılmalıdır
Rusiya Federasiyası Dövlət Dumasının üzvü, “Rodina” partiyasının sədri Aleksey Juravlyov Azərbaycana səfəri çərçivəsində Bərdə şəhərində olub. Məlum olduğu kimi, 44 günlük müharibə zamanı cəbhə xəttindən 40 km uzaqda yerləşən Bərdə şəhəri oktyabrın 28-də erməni işğalçılarının raket atəşinə tutulmuş, nəticədə 5-i qadın olmaqla 22 mülki şəxsin həyatını itirmiş, 70 adam yaralanmış, […]
Ərdoğan Əli Əsədovu qəbul edib
Azərbaycanın Baş naziri Əli Əsədovla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. Doğrusöztv.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib. Qeyd edək ki, dünən Baş nazir Əli Əsədovun Türkiyəyə səfəri başlayıb.
Türkiyə və Gürcüstanın XİN rəhbərləri Azərbaycana səfər edəcəklər
Cari ilin 18 fevral tarixində Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlunun, 19 fevral tarixində isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri cənab David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu ilin 19 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri […]
Aİ və ÜST-ün Avropa Regional Ofisi Azərbaycanda COVID-19-a qarşı peyvəndləməni dəstəkləmək üçün səylərini birləşdirir
Avropa İttifaqı (Aİ) və ÜST-nin Avropa Regional Ofisi Azərbaycanda COVID-19-la bağlı peyvəndləməni dəstəkləmək üçün birlikdə çalışacaq. Doğrusöztv.Az-ın məlumatına görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST tərəfindən həyata keçirilən layihə, COVID-19-la bağlı peyvəndləmənin bütün mərhələlərini əhatə edəcək və eyni zamanda ölkənin immunizasiya sisteminin gücləndirilməsi üçün önəmli proqram rolunu oynayacaq. Layihə Avropa […]
Əfv komissiyası 100-dən artıq müraciətə baxıb
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Doğrusöztv.Az-ın məlumatına görə, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb.
İndoneziya-Azərbaycan əlaqələrinin yeni səviyyəyə çatdırılması üçün əlimdən gələni əsirgəməyəcəyəm – Səfir
İndoneziyanın Azərbaycandakı səfiri təyin olunmağımdan şərəf hissi duyur, vəzifəmin məsuliyyətini tam dərk edirəm. Səfir olduğum müddətdə hər iki ölkənin hökumətləri və xalqları arasında dostluğu və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə, qarşılıqlı anlaşmanı və dostluğu yaxşılaşdırmağa səy göstərəcəyəm. Doğrusöztv.Az xəbər verir ki, bunu İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli […]
Prezident İlham Əliyev: Azərbaycanda Belarus-Azərbaycan müştərək müəssisələrinin yaxşı nümunələri var
Azərbaycanda Belarus-Azərbaycan müştərək müəssisələrinin yaxşı nümunələri var. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 16-da Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Əsas məsələ ölkələrimiz arasında dostluq münasibətləridir. Uzun illər boyu bu münasibətlər böyük potensiala, yaxşı dinamikaya […]