Azərbaycan ağır atletlərinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub. Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, körpü üzərinə ilk olaraq Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı aprelin 15-də qüvvəsini sınayacaq. 67 kq çəkidə yarışacaq İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər […]
İspaniya həftədə dörd günlük iş planını sınaqdan keçirəcək
İspaniya həftədə dörd iş günü planını sınaqdan keçirməkdə maraqlı olan kiçik və orta sənaye şirkətləri üçün 10,5 milyon dollardan çox vəsait ayırmağı planlaşdırır. Bu barədə İspaniya hökuməti dörd günlük sınaq proqramını elan edib və bu proqrama müraciət etməkdə maraqlı olan şirkətlər üçün şərtlərini açıqlayıb. Qeyd olunub ki, sınaq müddəti ən […]
MDB XİN başçıları Səmərqənddə toplaşırlar
Bu gün Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası keçiriləcək. Bu barədə MDB İcraiyyə Komitəsinin saytında bildirilib. İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir. Görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı […]
Murovdağ tunelinin inşasından yeni GÖRÜNTÜLƏR
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşasını sürətlə davam etdirir. Bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən […]
Tanınmış meyxanaçı “bomj” həyatı yaşayır – VİDEO
Məşhur “Lotular” mahnısının ifaçısı Elşən Binəqədi küçədə yaşayır. Bu barədə Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib. 17 il həbsdə olan meyxanaçı artıq üç ildir ki, küçədə qalır. Elşən Binəqədinin sözlərinə görə, içki düşkünü olandan sonra həyatı dəyişməyə başlayıb. İndi isə plastik qablar, dəmir yığıb satmaqla çörəkpulu qazanır. O, […]
Laçın-Xankəndi yolundakı aksiyanın 124-cü GÜNÜ
Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 124 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu […]
Ermənistanda əsir saxlanılan əsgərimizin valideynləri: “Vəhşiliyin son həddidir” – VİDEO
Bir neçə gün əvvəl Azərbaycan Ordusunun itkin düşən əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirov Ermənistan ərazisində saxlanılıblar. Əsir düşən əsgər Aqşin Bəbirovun atası Qabil Bəbirov Baku TV-yə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayımlanan Hüseyn Axundovun ermənilər tərəfindən vəhşicəsinə döyüldüyü görüntülərə baxdıqda özünü çox pis hiss edib: “Bu vəhşiliyin son həddidir. […]
“Qüvvələrimizi bütün sərhəd xətti boyunca geri çəkməyə hazırıq” – Paşinyan
Sərhəd vəziyyətinin siyasi qiymətləndirilməsi baxımından hesab edirəm ki, bir gün əvvəl Aİ-nin yaydığı mesaj mühümdür, burada 1991-ci il sərhəd xətti vurğulanır, burada söhbət Ermənistan və Azərbaycan arasında mövcud olan inzibati sərhəd xəttindən gedir. 21 dekabr 1991-ci ildə Almatı bəyannaməsi ilə dəyişdirilmiş SSR dövlət sərhədidir. Aİ-nin bəyanatında bu sərhədə hörmət edilməli […]
Bakıda 2 nəfəri qisas məqsədilə yandıraraq öldürüblər – Rəsmi
Aprelin 10-u paytaxtın Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində yerləşən məişət əşyalarının istehsalı və təmiri sexlərindən birində baş verən yanğın nəticəsində rəngsaz işləyən 1981-ci il təvəllüdlü İftixar Əkbərov və tanışı 1991-ci il təvəllüdlü Valeh Bəylərovun yanıq xəsarətləri alaraq ölmələri faktı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (iki […]
Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti […]