Rusiya Kiyevə zərbə endirib, xəsarət alanlar var

Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) Kiyevə gecə saatlarında hava hücumu nəticəsində 8 nəfər, o cümlədən bir uşaq yaralanıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Onların məlumatına görə, Rusiya bu gecə Ukraynaya “Shahed” tipli zərbə PUA-ları və raketlər buraxıb. Kiyevdə hava hücumu zamanı çoxmərtəbəli yaşayış binasının pəncərələri zədələnib. Yaralananlar qəlpə yaraları […]

Litva Ukraynaya “Patriot” sistemləri üçün 30 milyon avroyadək vəsait ayıracaq

Litva Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükünə töhfə verməyə hazırdır və bu məqsədlə 30 milyon avroyadək maliyyə ayırmağı planlaşdırır. Bu barədə Litvanın müdafiə naziri Dovile Şakalyene “Facebook” səhifəsində məlumat verib. Şakalyene ABŞ prezidenti Donald Trampın NATO üzrə müttəfiqlərin maliyyə dəstəyi hesabına Ukraynaya Amerika istehsalı silahların verilməsi qərarını dəstəklədiyini bildirib.

Bakının bəzi yollarında sıxlıq var

Bakının bəzi əsas yollarında sıxlıq var. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Heydər […]

Ölkəmizə dəymiş zərər 150 milyard dollara yaxındır

“Hazırda Ermənistan tərəfindən Azərbaycana kompensasiya ödənilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının müzakirə mövzusu deyil”.Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib. Eyni zamanda o, Azərbaycan tərəfinin ölkəmizə dəymiş ziyanın müvafiq qiymətləndirməsini həyata keçirdiyini açıqlayıb: “Burada söhbət bir dövlətin məsuliyyətindən […]

Prezidentin köməkçisi Bakının Rusiya-Ukrayna danışıqları üçün platforma olacağı məsələsinə münasibət bildirib

“Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”. Bu açıqlamanı “Berliner Zeitung” nəşrinə müsahibəsi zamanı Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının Rusiya ilə Ukrayna arasındakı danışıqlar üçün platforma ola biləcəyi ilə bağlı sualı cavablandıran zaman […]

Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb. Bu barədə APA-ya Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Bazar gününün havası açıqlanıb

Azərbaycanda iyulun 27-də bəzi yerlərdə 36, bəzilərində isə 39 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm […]

Prezident İlham Əliyev Maldiv liderini təbrik edib

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. Son dövrdə Azərbaycan ilə Maldiv arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və […]

İranda məhkəmə binasına silahlı hücum edilib, ölən və yaralananlar var

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum edilib. Bir neçə silahlı şəxs binaya soxulub. Hücum nəticəsində məhkəmə işçiləri və hərbçilər arasında ölən və yaralananlar var. Şahidlər bildiriblər ki, hücum edənlər binanın içərisində atəş açıblar. Zərərçəkənlərin dəqiq sayı hələlik açıqlanmır.