Bu gün Abşeron rayonunun Novxanı qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində avqustun 8-də 35 kV-luq hava xəttində təmir və gücləndirmə işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 12:00-dan 14:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində […]
Azərbaycanın “SpaceX” şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə edilib
Azərbaycanın “SpaceX” şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə edilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “SpaceX” şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə görüşdük. Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya […]
Azərbaycanda elektrik enerjisinə tələbat tarixi sərhədi aşıb
Avqustun 6-da saat 15.00-da ölkə üzrə elektrik enerjisinə tələbat rekord həddə çataraq saatda 4 871 meqavat olub. Bu barədə “AzərEnerji” ASC-dən məlumat yayıb. Bildirilib ki, eyni zamanda sutkalıq enerji istehlakı da 100 milyon kilovat-saata yüksəlib. Bu sürətli artımın arxasında yalnız isti, bürkü və soyuducu sistemlərinin, əyləncə mərkəzlərinin çox işləməsi dayanmır. […]
Marko Rubio: Azərbaycanla Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq
Azərbaycan və Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq. Bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, ABŞ Prezidenti sülhə sadiqdir və sülhsevər prezident olmaqda qərarlıdır: “Biz Hindistan və Pakistan müharibəyə başladıqda birbaşa müdaxilə etdik və dövlət başçısı sülhü təmin edə bildi. Bu […]
Bakı metrosunda körpə dünyaya gəlib
Bu gün metronun “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib. Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, hadisə saat 07:40-da baş verib: “Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya […]
BİZİM TƏQVİM: 8 avqust tarixində baş vermiş mühüm hadisələr
8 avqust 1991-ci ildə Ermənistan ərazisində azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi – Mehri rayonunun Nüvədi kəndi erməni silahlı qüvvələrinin hücumu nəticəsində talan edilib. Erməni qüvvələri kəndin əhalisini zorla deportasiya ediblər.1988-ci ildə Ermənistanda azərbaycanlı əhaliyə qarşı başlanan etnik təmizləmə sona çatıb. Qeyd edək ki, Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki […]
Tramp: Avqustun 8-i Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq
Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox […]
Türkiyə XİN başçısı Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb – YENİLƏNİB
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər. Onlar həmçinin bir çox sahədə əməkdaşlığın inkişafı barədə danışıblar. *** Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya gedib. Bu barədə “TRT Haber” […]
“Hər məsciddə kitabxana” layihəsinin üçüncü mərhələsi başa çatıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin üçüncü mərhələsi uğurla başa çatıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd edilib ki, bu mərhələ çərçivəsində ölkənin şimal-qərb bölgəsində yerləşən Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ və Oğuz […]
İlham Əliyev ABŞ-də işgüzar səfərdədir
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda işgüzar səfərdədir. Dövlət başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.