Bu gün vəfat edən tanınmış jurnalist Qadir İbrahimli dəfn edilib. Mərhumla vida mərasimi Lənkəranda keçirilib. Mərasimdə onun ailə üzvləri, yaxınları, media nümayəndələri iştirak edib. Allah rəhmət eləsin!
Küləkli və yağıntılı hava nə vaxtadək davam edəcək?
Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarındək davam edəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda deyilir. Bildirilib ki, 21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
İmtahanda “qeyri-məqbul” alan abituriyentlərə – Çağırış
Mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında “qeyri məqbul” alan, lakin ali və orta ixtisas təhsili müəssisələrinin (11 illik bazada) xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçməyə icazə verilir.Bu haqda DİM məlumat yayıb.İmtahandan “məqbul” alan abituriyentlərlə yanaşı, “qeyri-məqbul” alan […]
Həkimlər üçün vahid geyim forması müəyyən edildi
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeli tibb müəssisələrində çalışan tibbi və qeyri-tibbi personal üçün nəzərdə tutulmuş geyim formalarının təqdimatı keçirilib. Qurumdan verilən məlumata görə, Medical Mediada keçirilən təqdimat mərasimində TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və struktur bölmə rəhbərləri iştirak edib. Tədbirdə həkim, cərrah həkimlər, reanimasiya […]
Azərbaycanda “meymun çiçəyi” virusu aşkarlanıb? – RƏSMİ AÇIQLAMA
Hazırda bir neçə ölkədə yoluxma faktı aşkarlanmış “meymun çiçəyi” çiçək xəstəliyinin bir növüdür. İnsandan insana yoluxma faktı daha azdır. Mərkəzi və Qərbi Afrika ölkələri, ABŞ, Böyük Britaniya, Portuqaliyada qeydə alınıb. Bu barədə TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva məlumat verib. O bildirib ki, Azərbaycanda “meymun çiçəyi” ilə yoluxma […]
Delimitasiya üzrə milli komissiyanın tərkibi müəyyənləşdirilib
Bu gün Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib.Tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edib. O iclasda çıxışı zamanı bildirib ki, artıq Azərbaycan həm də Ermənistanla sülh müqaviləsini hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən edib.
Hərbçilərimiz Türkiyədə təlimdə iştirak edirlər
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimində iştirak edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu beynəlxalq təlim iyunun 9-dək davam edəcək.
Prezident 2 sərəncam imzaladı
Prezident İlham Əliyev Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon […]
İcra başçısı bu xanımı baş mühasib TƏYİN ETDİ
Xətai Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb. Əmrə əsasən, Lalə Həsənova Xətai RİH-nin sektor müdiri – baş mühasib vəzifəsinə təyinat alıb.
Azərbaycanda Milli Müdafiə Universiteti yaradıldı
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi […]