Azərbaycan Prezidenti türkiyəli həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Bu barədə Azərbaycan dövtlət başçısının “X”dəki rəsmi səhifəsində paylaşım edilib. Paylaşımda deyilir: “Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən […]

Leysan, dolu, sulu qar yağacaq – Hava xəbərdarlığı

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında […]

Azərbaycanda unun topdansatış qiymətləri

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat civarında dəyişib. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. “Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran […]

Prezident Azərbaycanla Somali arasında müdafiə sahələrində əməkdaşlıq sazişini təsdiqləyib

Azərbaycanla Somali müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq edəcək. Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Azərbaycan “Global CyberDrill 2025” tədbirində təmsil olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Global CyberDrill 2025” tədbirində iştirak ediblər. Tədbir Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiya İnkişaf Bürosu və Birləşmiş Ərəb Əmirliklərinin Kibertəhlükəsizlik Şurasının (UAE Cybersecurity Council) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin ilk günü inkişaf etməkdə […]

Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin vəliəhdi və Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.Bu barədə Azərbaycan XİN-in “X” səhifəsində bildirilib. “Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə hərtərəfli müzakirə aparıblar”, – məlumatda qeyd olunub. Öz […]

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib. Qeyd edək ki, onlar Ermənistan dövləti və […]

Deputatlar Türkiyəyə gedir – SƏBƏB

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Səbinə Salmanova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Sosial və humanitar siyasət komitəsinin iclasında iştirak etmək üçün mayın 13-də Türkiyə Respublikasının Sinop şəhərinə səfər edəcəklər. Musa Quliyevin sədri olduğu qurumun Sosial və humanitar siyasət komitəsində […]

“Brent” neftin qiyməti 64 dolları ÖTÜB

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 0,66% artaraq 1 barelə görə 64,33 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,75% artaraq 61,47 ABŞ dollarına bərabər […]

Məhkəmədə xaricdə ələ keçirilən terrorçuluqda təqsirləndirilən şəxslərin həbs məsələsinə baxılır

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub. “Report”un əldə etdiyi məlumata görə, qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər. […]