Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, Məlikməmməd Qurbanovun cəzası 6 ay azaldılıb. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, Məlikməmməd Qurbanov […]
Dövlət xidmətinə rəis müavini təyin edildi
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə (SİMDNX) yeni rəis müavini təyin edilib. Bu vəzifəyə Əliağa Əzizov təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək ADSEA-nın şöbə müdirinin müavini vəzifəsində çalışıb.
Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı ARTIRILDI
Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Belə ki, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək. Sözügedən marşrutlar istifadəyə verildikdə həmin istiqamətdə alternativlər […]
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Agentlikdən verilən məlumata görə, xəbərdarlığa əsasən, yanvarın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi yanvarın 15-i gündüz saatlarına kimi davam edəcək. Məlumata əsasən, həmin günlər ərzində şimal-qərb və […]
İşədüzəlmə vasitəçiləri üçün elektron reyestr istifadəyə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair vahid informasiya bazasının yaradılması məqsədilə “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib. Bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, bununla da əmək bazarında şəffaflığın artırılması, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının […]
Ölkə başçısı Çıldıranda görülmüş işlərlə tanış oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İlham Əliyev Ağdərədə vətəndaşın evində oldu – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi. Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında […]
Türkiyə bölgədəki hadisələrə qarşı yüksək səviyyədə hazırlıq tədbirləri görüb
Türkiyə bölgədəki hadisələrə qarşı yüksək səviyyədə hazırlıq tədbirləri görüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İran və digər qonşu ölkələrdə cərəyan edən hadisələrlə bağlı açıqlamasında deyib. Ömer Çelik bildirib ki, bölgədə son dərəcə dinamik proseslər baş verir və Türkiyə bütün […]
Bəzi məhsulların idxal və ixrac gömrük rüsumlarının qüvvədə olma müddəti uzadılıb
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib. Nazirlər Kabineti bu barədə qərar verib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 nömrəli Qərarında dəyişik edilməsi ilə bir sıra məhsullar üzrə qüvvədə olan idxal gömrük rüsumlarının dərəcələrinin 2025-ci ildə bitməsinə görə (bəzi malların […]
Qrenlandiya: Qərb bloku maraqlarının toqquşduğu daha bir nöqtə – ŞƏRH
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyaya sahib olmasının vacibliyini yenə vurğulayıb. O bildirib ki, Qrenlandiyaya sahib olmasalar, Rusiya və ya Çin ABŞ-ni ələ keçirə bilər. Venesuelada Nikolas Maduroya qarşı keçirilən əməliyyatdan sonra Ağ Evin indiki yiyəsi bu məsələni yenidən gündəmə gətirib. Hələ 2019-cu ildə ilk prezidentlik müddətində Tramp Qrenlandiyanı almağı […]