Reklamda uşağın görüntüsü valideynlərinin razılığı ilə istifadə edilə biləcək.Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.
Bakıda evdə yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Yasamal rayonunda fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Ətraflı məlumat veriləcək.
Türkiyədə daha bir məktəbə silahlı hücum olub, 6 nəfər yaralanıb
Türkiyədə məktəbə silahlı hücum olub. NTV-nin xəbərinə görə, hadisə Kahramanmaraşda baş verib. Hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilir. Hadisə yerinə çox saylı tibbi briqadalar və polis qüvvələri cəlb olunub. Qeyd edək ki, ötən gün Şanlıurfada liseyə silahlı hücum olub, hadisə nəticəsində 16 nəfər yaralanıb. Hücumu törədən şəxs özünü öldürüb.
Moldova MDB-ni gələn il rəsmən tərk edəcək
Moldovanın Müstəqil Dövlətlər Birliyindən (MDB) rəsmi olaraq çıxacağı vaxt məlum olub. Bu barədə ölkənin xarici işlər naziri Mixail Popşoy məlumat verib. O qeyd edib ki, ölkəsi MDB-dən 2027-ci il aprelin 8-də çıxacaq.
Azərbaycan ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası üzrə Çexiya təcrübəsini öyrənir
Azərbaycan nümayəndə heyəti şəhər mobilliyi və ictimai nəqliyyatın təşkili sahəsində intellektual yanaşmaları öyrənmək üçün təlim məqsədilə Çexiyaya səfər edib. Bunu “Škoda Group”un satış üzrə meneceri Helena Xronik sosial şəbəkə hesabında bildirib. Səfər proqramına Avropada inteqrasiya olunmuş nəqliyyat xidmətinin ən qabaqcıl koordinatorlarından biri hesab edilən “ROPID” şirkətinə ziyarət daxildir. Burada Azərbaycan […]
Bəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir – PROQNOZ
Azərbaycanda aprelin 16-da bəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə […]
Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş – Video
Dünən Füzulidə mina partlayışı nəticəsində həlak olan ANAMA əməkdaşı Muğan Mətili musiqi müəllimi imiş. Mərhumun qohumu Anar Əliyev “Qafqazinfo”ya bildirib ki, Muğan iki ildir müəllimlikdən uzaqlaşaraq ANAMA-da çalışmağa başlayıb. Qeyd edək ki, M.Mətili ailəli idi və iki övladı yadigar qalıb.
KİV: Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq
Gürcüstan hökumətində kadr dəyişikliklərinin həyata keçiriləcəyi planlaşdırılır.Bu barədə məlumatı “Tv Pirveli” kanalı yayıb. İddiaya əsasən, daxili işlər naziri Geka Geladze müdafiə naziri təyin olunacaq, müdafiə naziri İrakli Çikovani isə diplomatik vəzifəyə təyinat alacaq. Daxili işlər naziri postuna isə Geka Geladzenin müavini Roni Mesxinin namizədliyinin nəzərdən keçirildiyi qeyd olunub. Hakim “Gürcü […]
Azərbaycanda 100 manatlıq əskinazlar yenilənir
Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını 15 iyul 2026-cı il tarixdən tədavülə buraxacaq.Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat […]
UNEC-in qazi tələbəsi vəfat etdi
UNEC Qiyabi və Əlavə Təhsil Mərkəzinin III kurs tələbəsi Xasayzadə Ülvi dünyasını dəyişib. Bu barədə unieversitetin Mətbuat xidmətindən bildirilib. Ülvi Xasayzadə Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib və medallarla təltif olunub. UNEC rəhbərliyi tələbənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Allah rəhmət eləsin!